Ölkə futbolu
Dmirti Nazarov Vidadi Rzayevlə Nazim Süleymanova şərik çıxdı
Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub….
Azərbaycan millisinin bombardirləri siyahısında dəyişiklik olub. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, Avstriyada təlim-məşq toplanışında olan yığmamızın ötən gün Kanada ilə matçdakı qolunun müəllifi Dmitri Nazarov 5-ci dəfə azarkeşlərimizi sevindirib.
Milliləşən legioner bununla da yığmada 5 və daha çox qol vuran 11-ci futbolçu olub. O, bu qədər fərqlənən Fərrux İsmayilov, Nazim Süleymanov, Vidadi Rzayev və Vyaçeslav Lıçkinə çatıb. Hərəyə 5 dəfə fərqlənən bu “beşlik” milli tarixinin bombardirləri siyahısında 7-ci yerə şərikdir.
Qeyd edək ki, Azərbaycan – Kanada oyunu 1:1 hesabı ilə başa çatıb.
Azərbaycan millisində 5 və daha çox qol vuranlar
yer |
futbolçu |
qol |
1 |
Qurban Qurbanov |
14 |
2 |
Vaqif Cavadov |
9 |
3-5 |
Branimir Subaşiç |
7 |
|
Elvin Məmmədov |
7 |
|
Rauf Əliyev |
7 |
6 |
Zaur Tağızadə |
6 |
7-11 |
Dmitri Nazarov |
5 |
|
Fərrux İsmayilov |
5 |
|
Nazim Süleymanov |
5 |
|
Vidadi Rzayev |
5 |
|
Vyaçeslav Lıçkin |
5 |
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”