Bizi izləyin

Ölkə futbolu

"Şkendiya"nı favorit edən səbəblər

Bu gün "Neftçi" üçün sınaq g&u…

blank
Bu gün "Neftçi" üçün sınaq günüdü. Sınıq-salxaq heyət, yerində olmayan əhval-ruhiyyə, evdə 4 illik qələbəsizlik sindromu və mobil komanda təsiri bağışlayan "Şkendiya"…
 
Makedoniya klubu qorxulu rəqib deyil. Amma bakılıların "Baltsan"la oyunlarına əsasən deyə bilərik ki, hətta ən zəif rəqib də bu gün "Neftçi" üçün keçilməz sədd təsiri bağışlayır. Axı, "Neftçi"nin quru adı qalıb.
 
Zəif oyun heç də nə rəhbərliyin, nə də baş məşqçi Vəli Qasımovun günahıdı. "Neftçi"nin aciz görünməsinin səbəbi maliyyə problemləridi. Vəziyyət o qədər acınacaqlıdı ki, bir neçə il öncə 2-3 futbolçuya verilən maaş indi az qala bütün kollektivin əməkhaqqısından üstün idi. Belədə "Neftçi" 3000 dollara oynayan legioner gətirməyə məhkumdu, daha böyük paralar tələb edənlər üçün qapı açıq deyil.
 
Əslində, klubun büdcəsi də az deyil. "Qarabağ" və "Qəbələ"dən sonra maliyyə baxımından ilk "üçlüy"ü məhz bakılılar tamamlayır. Fərq ondadı ki, 5 milyon manatlıq büdcə indi təkcə klubun bugününə xərclənmir. Klubun bazası da o pulla tikilir, köhnə borclar da həmin məbləğlə "bağlanır".
 
Təkcə sanksiyadan qaçmaq, Emil Mpenzayla əldə olunan razılığa əməl edilməsi üçün ödənilən məbləğə komandanı xeyli gücləndirmək olardı. 6 aydı belçikalının hesabına hər ay 199 min dollar köçürülür – bu pul isə 7-8 yüksək səviyyəli oyunçunun aylıq maaşı ola bilərdi. Amma köhnə rəhbərliyin vaxtında buraxılan səhvlərin cəzasını "Neftçi" məhz indi çəkməyə məhkumdu. Həm də təkcə Mpenzayla iş bitsəydi, nə var idi ki… Flavinyo, Kaue və başqaları da qalan pullarını elə bugünlərdə alıb qurtarıblar.
 
Bu səbəbdən "Neftçi" niyə güclənmədi" tipli sualların cavabı aydındı. Rəhbərlik bunu açıqlamaq istəmir, çünki sponsorunun imicinə xələl gəlməsini, büdcənin azaldıldığının bəyan edilməsini məqsədəuyğun bilmirlər. Axı, əvvəlki "Neftçi"nin də, indiki komandanın da hamisi, pulverəni eyni mənbədi. Sadəcə, dişi dişə sıxıb dözmək, imkan daxilində vəziyyətdən alnıaçıq çıxmaq lazımdı.
 
Zaman gözləmir. Bu mövsüm "Neftçi"nin 80 illiyidi. Yubiley mövsümündə hamı komandadan çempionluq, avrokubokda uğur gözləyir. Bunun üçün real maddi baza isə yoxdu. "Şkendiya" ilə oyunda mümkün uğursuzluqdan sonra rəhbərlik, baş məşqçi hədəfə götürüləcək. Görünür, onların taleyinə tənqid olunmaq yazılıb. Hər halda, kimləri isə sudan quru çıxartmaq üçün bu, barışılan taledi.
 
Qışda klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev əcnəbi məşqçidən danışırdı, lap yaxınlarda isə xaricdən idman direktoru gətirəcəklərini demişdi. Amma reallıqda bunların heç biri yoxdu. Çünki ona da vəd edilən "qızıl dağlar"a qar ələnib. O isə arzuladığını, ona vəd olunanları deyir, sözləri reallaşmayanda səbəbini açıqlayıb sponsorları, onu bu işə sövq edənləri "güllə qabağına" atmır. Beləcə zaman gedir, "Neftçi" yaxşı nəticələrin arzusuyla daha da qocalır.
 
Amma "Şkendiya" ilə oyunda komandadan uğur tələb edəcək azarkeşlərə bunun isti-soyuğu yoxdu. Onlar gedən səviyyəli oyunçuların yerinə nəyə görə zəif, sıradan əcnəbilərin gətirilməsini anlamaq istəmir. Azarkeşi nəticə maraqlandırır, büdcənin azaldılması, xərclərin minimuma endirilməsi yox. Qasımov tənqid olunur, o isə dönüb ehtiyat oyunçular skamyasına baxanda komandanı canlandıracaq heç kimi tapa bilmir. Nə Flavinyo var, nə Vobay, nə Kanales, nə Ramos, nə Anyete, nə də başqa biri. Təcrübəsiz gənclər, Premyer Liqa matçları üçün belə yaramayan futbolçularla isə uzağı "Baltsan"ı keçmək olardı. Onu da bəxtəbəxt…
 
Elə bu səbəbdən "Şkendiya" əzəmətli, favorit görünür. Halbuki bu komanda "Zirə", AZAL kimi komandaların da yenə biləcəyi rəqibdi.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm