Dünya futbolu
38 yaşlı Tyaqo Silva yeni müqavilə istəyir
“Çelsi” heyətlə bağlı islahatlara davam edir. Qışda 8 yeni oyunçu alan, bir çox futbolçunu satan və ya icarəyə göndərən “zadəganlar” indi də müqaviləsi bitənləri yerbəyer etməyə çalışır.
Futbolinfo.az xəbər verir ki, belə futbolçulardan biri Tyaqo Silvadır. Yayda anlaşması bitəcək 38 yaşlı oyunçu hələ də oynamaq niyyətindədir. “Çelsi”nin məşqçilər heyəti onun durumundan narazı deyil və belə təcrübəli futbolçunun komandada qalmasını arzulayır.
Londona 2020-ci ilin avqustunda gələn braziliyalı yeni müqavilə imzalamağa yaxındır: “Müzakirələrimiz davam edir. Yaxın günlərdə yekin söhbətimiz olacaq. “Çelsi” qalmağımı istəyir, mənim də planım burada oynamağa davam etməkdir. Klub yeni heyətinin qurulması üçün mənə ehtiyac duyur”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub