Bizi izləyin

Ölkə futbolu

"Qarabağ" ayılmasa, era bitəcək!

“Qəbələ”dən qələbə, “Qarabağ”dan isə …

blank
“Qəbələ”dən qələbə, “Qarabağ”dan isə sərfəli nəticə gözləyirdik. Roman Qriqorçukun komandası işinin öhdəsindən əla gəldi. Bakıda əldə edilən 3:1 hesablı zəfər “qırmızı-qaralar”ın Avropa Liqasının qrup mərhələsinə gedən yolunu aydınladacaq qədər parlaqdı.
 
“Qarabağ”ın durumu isə bir qədər fərqlidi. “Fərqli” deyərkən, yalnız Ağdam klubunun İsveçdə “Höteborq”a uduzmasına eyham vurmuruq. Əsas sıxıntı son illər avrokuboklarda qürur yerimiz olan komandanın öz yolunu yadırğamasıdı: “Qarabağ” bilmir ki, hansı yana getsin: it hürən tərəfə, yoxsa işıq gələn…
 
Bizim tanıdığımız “Qarabağ”ın öz dəsti-xətti vardı – rəqibin kimliyindən asılı olmayaraq, çıxıb öz oyununu oynayardı. Ağdamlılar bu mövsüm bunu bacarmadıqları üçün Çempionlar Liqasında mübarizəni dayandırdılar. “Viktoriya” ilə duellərdə adət etdiyimiz komandanı görə bilmədik. Ancaq “Höteborq”la matçın ilk dəqiqələrdinə elə hiss yarandı ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səhvlərdən nəticə çıxardıb.
 
“Köhlən atlar”ın ardıcıl hücumları erkən qoldan xəbər verirdi. Almeydanın matçın əvvəlində qapıçı ilə üzbəüz qaldığı epizodda “qoool” deyib, ayağa da qalxdıq. Gəl ki, 90 dəqiqə ərzində top yalnız 1 dəfə tora getdi, onda da bizim qapımıza.
 
Düzdü, “Qarabağ” İsveçdə xoşbəxtliyi müdafiədə deyil, hücumda axtarmağa cəhd etdi. Lakin lazım olanı bacaramdılar – son nöqtəni qoyan tapılmadı. Yalnız ona görə yox ki, meydan sahibləri arxaya çəkilib savadlı oynadılar. Fikrimizcə, ağdamılalrın qol vurmamasının əsas səbəbi futbolçularımızın öncəki matçlarla müqayisədə, məsuliyyətsiz və bir qədər də istəksiz olmalardın irəli gəlir. Təbii ki, onlar fərqlənməyi bizdən də çox istərdilər. Ancaq istəməklə iş bitmir. “Qarabağ” qol vurmaq üçün potensialının 70 faizini belə ortaya qoya bilmədi…
 
Təbii ki, günahı yalnız ön xətt oyunçularının üzərinə qoymaq da düz deyil. Digər tərəfdən, indiki durumda tənqidin “barıtını” çox etməyə də gərək yoxdu. Yalnız onu qeyd edək ki, müdafiənin mərkəzindəki Rəşad Sadıqov – Bədavi Hüseynov cütlüyü əvvəlki qədər etibarlı deyillər…
 
Nə etmək olar, 1 cavabsız qolla uduzduq. Ancaq bu, faciəvi nəticə də deyil. Düzdü, “Höteborq”un evdə qol buraxmaması komandamızın işini bir qədər çətinləşdirir. Lakin tapşırığın öhdəsindən gəlmək mümkündü. Yetər ki, “Qarabağ” öz yolunu getsin. Həmin yolun sonu aydınlıqdı…
 
Ağdamlılar Bakıda məsələni bir hissəyə də həll edə bilər. Cavab matçında güclü azarkeş dəstəyinə ehtiyac olmayacaq. Faciədən qaçmaq üçün oyunçular da toparlanmalıdı. Məşqçilər ənənəvi oyun üslubundan imtina etməməlidi, lakin hücumu məntiqi sonluğa çatdırmaq üçün heyətdə müəyyən dəyişikliklər lazımdı. Səfər oyunlarında uğursuz nəticələr bir yana, komanda qol vurmaqda çətinlik çəkir. Mahir Mədətovla küsülülüyü bitirmək, ya da yeni transfer Dino Ndlovudan faydalanmaq lazımdı. "Qarabağ"da məhsuldar forvard yoxluğu ciddi şəkildə hiss olunur.
 
"Höteborq"la cavab matçı həyati əhəmiyyətə malikdi. Rəqib o qədər də güclü deyil. Vurulacaq ilk qoldan sonra isveçlilər pərən-pərən düşəcək. Amma bu olmasa, "Qarabağ"ın özündə problem yaranacaq, futbolçular təşvişə düşəcək, tələskənlik isə səhvlərə səbəb olacaq.
 
Ağdamlılar unutmamalıdı ki, tarix şans qapıdadı, ardıcıl 3-cü dəfə qrupa düşmək üçün bütün iplər öz əlindədi. Bunu dəyərləndirə bilməsələr, bəlkə də uzun bir eranın sonu olacaq, maddi zərbələr üst-üstə dəyəcək, bahalı legionerlərdən imtina ediləcək və komanda sıradan kollektivə çevriləcək. Ona görə də cavab oyunu çox önəmlidi. "Höteborq" mütləq məğlub edilməlidi. "Qarabağ" rəqibdən çox güclüdü və 0:1-i ümumi qələbəyə çevirmək üçün silkələnmək lazımdı.
 
AĞA
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm