Ölkə futbolu
İsveçdə uduzmasaydıq…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində…
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"nin evdə “Maribor”u məğlub etməsi (3:1) klub əmsalımızın artımına səbəb oldu. Futbolinfo.az xəbər verir ki, bununla da ölkəmiz reytinq cədvəlində daha 0.250 xal qazanıb. Bununla da aktivimizdəki xalların sayı 16.250-ə çatıb.
Qarşılaşmalarda qeydə alınan nəticələrdən sonra ölkəmiz izləyicisi Kiprdən əvvəlki kimi 0.075 yox, 0.325 xal irəlidədi. Bizdən bir pillə öndə – 24-cü yerdə qərarlaşan İsrailin də xalları 16.250-di. Əgər “Qarabağ” səfərdə “Höteburq”a məğlub olmasaydı, ölkəmiz yəhudiləri qabaqlayıb, mövsümə başladığı pilləyə – 24-cü yerə yüksələcəkdi.
Adıçəkilən ölkə təmsilçiləri cari mövsümdə yığılan xalların cəminə görə ölkəmizi qabaqlayır.
Qeyd edək ki, bu mövsüm ölkəmizin reytinq əmsalını “Qəbələ” 1.375, “Qarabağ” 0.625, “Kəpəz”lə “Neftçi” isə 0.375 xal zənginləşdirib. Roman Qriqorçukun yetirmələri digər 3 klubumuzun nəticələrini təkbaşına əldə edib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”