Ölkə futbolu
"Qarabağ" "qara bazar"a görə ənənəni pozdu
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Slovan” oyununun biletləri əvvəlkinə nisbətən matça daha az vaxt qalmış satışa çıxarılacaq. Futbolinfo.az xəbər verir ki, bu addım məhdud sayda – 6 min olan biletlərin "qara bazar"ın əlinə keçməməsi üçün atılıb.
Biletlərin sentyabrın 13-də, Tofiq Bəhramov adına Respubilka stadionunun kassalarında satışa çıxarılacağı gözlənilir. Biletlərin qiyməti qapı arxasında 1, digər sektorlarda isə 10, 20 manatdı.
Bu oyunda qonaq komanda da yalnız qalmayacaq. Onları təxminən, 100 azarkeşin dəstəkləyəcəyi gözlənilir. Qarşılaşmanı işıqlandırmaq üçün Çexiyadan Bakıya 5 jurnalist gələcək.
Qeyd edək ki, sözügedən matç sentyabrın 15-də, saat 19:00-da “Dalğa Arena”da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”