Bizi izləyin

Ölkə futbolu

Azərbaycanda gizlənən İran ordusu

Ölkə çempionatının birinci divizionunda mübarizəy…

blank
Ölkə çempionatının birinci divizionunda mübarizəyə start verildi. Bu yarış eyni zamanda bir sıra eybəcərlikləri və müəmmaları da özü ilə gətirdi.
 
Diviziondakı limit oyununun səbəbi çoxdu. Amma apardığımız bir araşdırma göstərdi ki, məsələ heç də yerli oyunçu sayında və ya yeniyetmə futbolçulara şans yaradılmasında deyil.
 
İndiyəqədərki iştirak ərizələrinə əsaslansaq, bu mövsüm aşağı dəstədə 16 legioner var və bunlardan 11-i (!) iranlıdı – 69%. Onların məskunlaşdığı klublara diqqət edək:
Rəvan – Omid Masumi, Saed Faxarişalde, Çangiz Şahriari, Cavid Taleb.
Şahdağ – Seyedaydın Hosseyni, Ziai Seyedhosseyn.
Energetik – Sepehr Torkamanianafşar, Vahid Rostami.
Bakılı – Hadı Azımı, Mohammadcafar Mazrai.
Mil-Muğan – Seyidhəmid Mirabdullahi.
 
İlk baxışdan normal mənzərədi. Yaxın qonşu, ucuz işçi qüvvəsi, dil, mədəniyyət yaxınlığı və s. Amma…
 
Gəlin, “Rəvan”ın heyətinə baxaq. Komandanın əsas qapıçızı Tural Abbaszadə, onun ehtiyatı Fərid Ağayevdi. Yalnız 3-cü qapıçı iranlıdı. Sizcə hansı ağlı başında olan klub rəhbəri bu yerə legioner qapıçı götürər?
 
Bu oyunçuların kimliyini araşdırmaq üçün müxtəlif internet qaynaqlarına baş vurduq. Təsəvvür edin ki, 11 oyunçudan 11 hərflik məlumat əldə edə bilmədik. Bunlar normal futbolçudusa, niyə haqqlarında bir kəlmə də yoxdu, futbolçu deyillərsə, Azərbaycanda nə itləri azıb?
 
Futbolçuların təvəllüdləri müxtəlifdi. 1988-ci il doğumlusu da var, daha gənci də. Ən balacası 18 yaşındadı. Əksəriyyəti yarımmüdafiəçi və ya hücumçu olsa da, ilk turda komandalarının uğurunda heç bir rol oynamayıb, çoxu heç heyətə düşə bilməyib.
 
Əcəba, divizion klublarının belə əcnəbi sevgisinin səbəbi nədi?
 
Kiçik araşdırma apardıq və bəlli oldu ki, onların hamısı əsgərlikdən yayınanlardı. Ötən mövsüm AZAL, “Rəvan” və “Kəpəz”də belə problem yaranmış, hətta gəncəlilər bəyanat verməyə məcbur olmuş, onların adından istifadə edən işbaz menecerləri ifşa etmişdi. İranlılar bu işlərlə məşğul olan menecerlərə 5 min dollar haqq ödəyir, menecerlər də məşqçilərlə işbirliyinə girib onları klublara yerləşdirir. Nəticədə məşqçilər, menecerlər ehtiyatda qalaraq oynamayan və ya say düzəldən bu futbolçular sayəsində müəyyən miqdarda pul qazanır, iranlılar isə “ölkə xaricində işləmək” limitindən yararlanaraq əsgərlikdən yayınırlar. Qonşu ölkədə buna imkan verən qanunlar mövcuddu.
 
Bu işlərlə kim məşğul olur? Sualın cavabında ilk olaraq yada Adil Mahmudov düşür. Ötən mövsüm “Şəmkir” üçün menecerlik edən bu şəxsin bazarlıq edən zaman lentə alınan videosunu futbolinfo.az-da izləmisiz. İndi isə rəhbərlik etdiyi “Şahdağ”da 2 iranlıya yer verib.
 
“Rəvan”da bu iş daha kütləvi xarakterlidi. İranlı futbolçuları gətirən menecerlərlə işbirliyini müsahibəsində etiraf edən “aslanlar”ın baş məşqçisi Bəhmən Həsənov 4 futbolçunu birdən sifariş edib. Onlardan da biri – yuxarıda qeyd etdiyimiz kimi – 3-cü qapıçı kimi götürülüb. Söhbət təkcə 5 min dollarla bitsəydi, nə vardı ki? Razılaşmaya əsasən, bu futbolçuların adına yazılan maaşlar da klub məşqçilərinə çatır. Yəni ki, “Rəvan”ın sahibi Nuru Əliyevin futbola yatırdığı pullar iranlının vasitəsi ilə baş məşqçi Bəhmən Həsənovun cibinə “uçur”.
 
Bu praktika “Rəvan”da yeni deyil. Hələ ötən mövsüm Həsənov komandaya 3 iranlı götürmüşdü. Onlar 6-7 ay klubun bazasında qaldılar, müqavilə bağladılar, amma çempionat üçün sifariş olunmadılar. Sonra isə yoxa çıxdılar. Yaxınlarda həmin iranlılardan biri ilə ADBTİA-nın stadionunda rastlaşdıq. Fərdi məşq edən əcnəbidən vəziyyəti ilə maraqlandıqda maraqlı cavab aldıq: “Hələ axtarıram, görüm hansı komandaya adımı yazdıra bilərəm?” “Hansı komandada oynaya bilərəm?” yox ha, “hansı komandaya adımı yazdıra bilərəm?”
 
Hazırda iranlı futbolçu gətirmək biznes sahəsinə çevrilib. Orduya getmək istəməyən gənclər bu yolla aradan çıxırlar, Bəhmən Həsənovun əliylə Nuru Əliyev, Adil Mahmudovun vasitəçiliyi ilə digər klubların rəhbərləri İran ordusuna “xidmət edir”.
 
Bu futbolçuların miqrasiya ilə bağlı problemləri çıxır, həll etmək üçün hər cür xərcə razılaşırlar. Əks halda, vətənə qayıdan kimi onları əsgər aparırlar. Onlar da xərcə qatlaşıb ölkəmizdə qalırlar ki, hərbi xidmət yaşları bitənə kimi vətənə dönməsinlər.
 
Özünüz fikirləşin: futbolçusuna 150-200 manat maaş verə bilməyən “Energetik” 2 iranlı legioneri niyə transfer etsin ki? Və ya elitada oynayarkən əcnəbi gətirə bilməyən, gətirdiklərinə külli miqdarda borcu qalan “Rəvan” birdən-birə 4 iranlını haradan tapdı? Səviyyəsi olan legioner Ramazan Abbasovu 400 manat verib saxlaya bilməyən kluba gələrmi?
 
İranda idmana və təhsilə görə ölkə xaricində olan şəxslərə müəyyən yaşa qədər hərbi xidmətdən möhlət verilir. Gərək ki, 30 yaşdan sonra onlar əsgərliyə çağırılmır. Haqqında danışdığımız qonşu ölkə nümayəndələri də bu şansdan rüşvət hesabına yararlanır.
 
Deyəsən, bu biznes yavaş-yavaş elita klublarına da ayaq açır. “Sumqayıt” 2 iranlını sifariş edib, AZAL da dünən ikisi ilə müqavilə bağladı. Maraqlıdı ki, onlardan yalnız biri haqda internet qaynaqlarında məlumat var. “Sumqayıt”ın transfer etdiyi Afşin İsmailzade 10 il ərzində müxtəlif klublarda 46 oyuna çıxıb, İranın müxtəlif millilərində (U-17 – 12, U-22 – 1) 13 matça çıxıb. Baxanda görürsən ki, pis-yaxşı – futbolçudan danışırıq. Ancaq digər 3 oyunçu haqda hələ araşdırma aparmaq lazımdı. Diviziondakı iranlıları isə axtarmayın, çünki onlar topu da yəqin ki, ölkəmizdə tanıyıb.
 
Göründüyü kimi, İran ordusu Azərbaycan çempionatının I divizionunda gizlənir. Kimin pul qazanması, kimin rüşvət alması bizim problemimiz deyil, lakin unutmayaq ki, fırıldaqşıların qazanc mənbəyi olan bu şəxslər neçə-neçə azərbaycanlı balasının qarşısını kəsir.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm