Premyer-liqa
Svanadze: "Məğlubiyyətə layiq deyildik"
Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Neft&c…
Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Neftçi”yə məğlub olan (1:2) “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis oyunla bağlı bunları deyib:
– Normal oynadıq. Ancaq ikinci hissədə bilmədim, hakim niyə belə qərar verdi. Videotəkrara baxmaq lazımdı. Uşaqlar deyir ki, penalti yox idi. Qərarı da əsas hakim yox, köməkçi hakimlərdən biri verdi. Anlaşılmaz qərar idi. Hakimlər barədə bu günə qədər danışmamışdım. Hamıya qarşı feyr-pley nümayiş etdirmişik. İstəyirik ki, bizə qarşı da belə davransınlar. Səhvlərimiz üzərində işləyəcəyik.
– Rəşad Qasımov prezident postundan getdikdən sonra komanda ilk məğlubiyyətini aldı. Bunu Rəşad bəyin komandadan getməsiylə bağlamaq olar?
– Təsir etmədi. Düzü, biz məğlubiyyətə layiq deyildik.
– “Neftçi” yaxşı günlərini yaşamır. Demək olar, komanda oyuna rahat çıxmışdı?
– Bu gün bizdə çatışmayan Rauf Əliyev idi. Ümid edirəm ki, ayın 20-nə kimi tam hazır olacaq.
– Skarlatake son oyunlarda şans qazanmır. Bu nə ilə bağlıdı?
– O, hələ ki, hazır deyil. Komanda yaxşı oynayanda, heyətdə dəyişiklik etmirsən. Hər bir futbolçunu diqqətdə saxlayırıq. Skarlatakeyə də şans verəcəyik.
Svanadze mətbuat konfransının sonunda elə zaldaca penalti epizodunu komputerdən izlədi və bu qərarı sadəcə, kinayə ilə gülməklə qarşıladı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”