Milli komanda
Millimiz həm geriləyəcək, həm də…
Millimizin DÇ-2018-in seçmə oyununda səfərdə Şimali…
Millimizin DÇ-2018-in seçmə oyununda səfərdə Şimali İrlandiyaya yenilməsi (0:4) FİFA-nın növbəti reytinq cədvəlindəki mövqeyimizə də təsir göstərəcək. Futbolinfo.az xəbər verir ki, bu məğlubiyət təmsilçimizin 18 xal itirməsinə səbəb olacaq.
Hazırda aktivində 404 əmsal olan ölkəmizin yeni siyahıda xalı 386-ya qədər azalacaq. Bu da indiki halda 88-ci olan yığmamızın 90-cı yerdəki Qazaxıstanla xallarının eyni olacağı anlamına gəlir. Amma orta asiyalılar da seçmə oyunda Danimarkaya məğlub olduğundan (1:4) onlar da geriləyəcək. Həmçinin, cədvəldə bizdən arxada olan Qətər (91) və Ermənistanın (125) noyabr ayındakı uğurlu çıxışı onlara daha çox reytinq xalı gətirib ki, bu da adıçəkilən ölkələrin yeni siyahıda millimizi qabaqlayacağı anlamına gəlir. Belə olan halda, noyabrın 24-də açıqlanacaq yeni reytinq cədvəlində Azərbaycanın 92-ci olacağını proqnozlaşdırmaq olar.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub