Premyer-liqa
Samir Abasov: "Ona etibarım tükənməyib"
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçiv?…
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən AZAL – "Sumqayıt" (1:1) matçından sonra qonaqların baş məşqçisi Samir Abasov mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Çox heyfslənirəm ki, 2 xal itirdik. Bu xallara görə başımız ağrayacaq. Meydanda can qoyduq. Qələbə qazanmağı çox istəyirdik, oyundan öncə də fikrimiz bu idi.
– İlk yarıda oyununuz alınmadı, futbolçularınız çox top itirdi. Məhəmməd Qurbanov oyunu zəif keçirsə də, 90 dəqiqə meydanda oldu.
– Məğlub oluruqsa, daha çox hücumu gücləndiririk. Vurğunu da son dəqiqələrdə hücuma göndərmişdik. Məhəmmədin top saxlamağı daha yaxşıdı. Düzdü, ilk yarıda çox top itirirdik. Bu da cinah müdafiəçilərimizin topu rəqib oyunçuların üzərinə vurmasından irəli gəlirdi. Amma Qurbanova etibarım tükənməyib.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub