Dünya futbolu
Paşayev oynadı, komandası yenə uduzdu
Futbol üzrə Ukrayna çempionatında 18-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 18-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Zarya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub və 7-ci dəqiqədə sarı vərəqə də alıb.
Qeyd edək ki, "Stal" 18 turdan sonra 14 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”