Ölkə futbolu
Rafael Santos "Qəbələ"də 100-cü oyununu keçirdi
Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz”lə …
Topaz Premyer Liqasının 14-cü turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib.
Komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı “Qəbələ”nin tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib. Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).
2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə bu komandanın formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub. Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”