Bizi izləyin

Premyer-liqa

40 günlük “atəşkəs” öncəsi…

Topaz Premyer Liqası rəsmən məzuniyyətə çıxdı. Yanvarı…

blank

Topaz Premyer Liqası rəsmən məzuniyyətə çıxdı. Yanvarın 28-dək elita klubları həm istirahət edəcək, həm də çatışmazlıqları aradan qaldırmağa çalışacaq. Kimlər üçünsə 14-cü tur bayram ab-havası yaratdı, kimlərsə onsuz da “yıxılan evlərinə” dəyən növbəti dəyənəkdən sonra daha da sarsıldılar.

AZAL nəhayət, çempionatda ilk qələbəsini qazandı… əlbəttə ki, “Neftçi” üzərində. “Ağ-qaralar”ı məğlub etməyən yeganə kollektiv Tərlan Əhmədovun yetirmələri idi ki, onlar da 2-ci dövrənin son turunda “planı yerinə yetirdilər”. “Biz flaqmanıq”, “bizim tarixi uğurlarımız var” deməklə isə nə xal verən var, nə də qələbə. İndi “Neftçi” rəhbərliyi “papağını qabağına qoyub” fikirləşməli və cəmi 1 suala cavab tapmalıdı: vəziyyətdən necə çıxmalı?

Əgər bu suala cavab/məlhəm tapa bilməyəcəklərsə, qoyulan sualın son sözünə (çıxmalı) müraciət etməli olacaqlar. Başqa çarə yoxdu. Komandadan hamı nəticə gözləyir, mövsüm yarı olub, “Neftçi” isə hələ də ardıcıl 2 qələbə qazana bilməyib. İndi “ağ-qaralar” sonuncu pillənin sahibi AZAL-dan cəmi 1 xal öndədilər.

AZAL siftəsini 14 tur gözləməli olsa da, minimal əməkhaqqına oynatdığı futbolçularla buna da şükür etməlidi. Hər halda, komanda ilk qələbəsini qazandı və nəzərə alsaq ki, qarşıda “Neftçi”ylə hələ 2 oyunu var, minimum daha 2 dəfə eyni sevinci  yaşamaq şansını saxladığını söyləyə bilərik. 

“Zirə” yenə uduzdu. Bu dəfə “Sumqayıt”a. Çempionatın ortababına çevrilən ötənilki gümüş mükafatçı qışda ciddi islahatalara əl atmasa, çətin ki, cari mövsümdə nəyəsə ümid edə bilər. Axı, Adil Şükürovun yetirmələri de-fakto, ölkə Kuboku uğrunda mübarizədən də kənar qalıblar. Hətta Şükürov istefaya göndərilsə belə, bunda təəccüblü bir şey görməyəcəyik. Hər halda, mövsümün yarısı geridə qaldığı bir vaxtda, “Zirə” keçirdiyi oyunların 50 faiizindən məğlub ayrılıb. Bu da klub rəhbərliyini qane edə bilməz.

“Sumqayıt”ın 4-cü pilləyə yüksəlməsi nə qədər təəccüblü olsa da, bir o qədər də qanunauyğundu. “Kəpəz”, “Zirə”, “Neftçi” komandaları qeyri-sabit futbol oynayırsa, 4-cü yerə çıxmaq üçün əlahiddə istedad nümayişinə ehtiyac qalmır. Samir Abasovun rəhbərlik etdiyi komandanın qələbə/məğlubiyyət saldosu mənfidi – cəmi 4 qələbəyə sevinən “Gənclik şəhəri”nin təmsilçisi 5 dəfə uduzub. Ancaq bu göstərici belə, “Sumqayıt”ın 4-cü yerə yüksəlməsinə kifayət edib. Bu da çempionatın səviyyəsinin faciəvi səviyyəyə enməsindən qaynaqlanır.

Hakimlərin “xüsusi xidməti” sayəsində “Neftçi”dən alınan məğlubiyyəti saymasaq, “İnter” markasını “Qarabağ”la oyunda da qorudu. Əlbəttə, ağdamlılar daha çox hücum edir, real qol təhlükələrini sıralayırdı. Lakin “bankirlər”in fədakarlığı sonda 1 xala sevinmələrini təmin etdi.

Bu xal itkisi “Qarabağ”ı lider kürsüsündə saxlasa da, “Qəbələ” fərqi minimuma endirməyi bacardı. “Kəpəz”lə görüşdə Əliyar Ağayev “penalti planı”nı artıqlaması ilə yerinə yetirdi. FİFA referisi qonalqların qapısına təyin etdiyi 2 penaltidən sonuncusu kifayət qədər şübhəli oldu. Bunu hətta “Qarabağ”la oyunda Rəhim Həsənovun buraxdığı səhvlərin kompensasiyası kimi qələmə verənlər də oldu. Bütün hallarda, “Qəbələ” qış fasiləsinə major notda yollanmağı bacardı. 

“Kəpəz” isə ötənmövsümkünün kölgəsini xatırladır. Elə turnir cədvəlində qərarlaşdığı mövqe də bunun bariz nümunəsidi. Elə 14 tur ərzində vur-tut 3 qələbəyə sevinməsi də gəncəlilərin böhran içində olmasından xəbər verir.

Hələliksə, yanvarın 28-dək çempionatda “atəşkəs” elan olunur. Bu 40 gündən kimin necə yararlanacağı mövsümün həlledici mərhələsində üzə çıxacaq.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm