Ölkə kuboku
Fariz Yusifov: “Tərlan Əhmədov çox şey deyə bilər”
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə &…
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununda evdə “Qəbələ”yə uduzan (0:1) AZAL-ın baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında görüşün baş hakimi Fariz Yusifovu ittiham etdi və onu qərəzli olmaqda günahlandırdı. Oyun başa çatdıqdan sonra futbolinfo.az saytının matça ezam olunmuş əməkdaşına qısa açıqlama verən referi isə bu ittihamları qəbul etməyib:
“Tərlan Əhmədov çox şey deyə bilər. Çünki o baş məşqçidi. Ancaq siz də kənardan baxdınız. Özünüz qiymət verə bilərsiniz. Baş məşqçidi, əsəbləşir, beyni qızır. Onu da qınamıram. Hamınız gördünüz, uşaqlar, Azərbaycan futbolunda qərəz yoxdu”.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”