Müsahibə
Bəhmən Həsənov söz verdi: “Məğlub olmayacağıq və xallarımız silinməyəcək”
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovun fu…
“Rəvan”ın baş məşqçisi Bəhmən Həsənovun futbolinfo.az saytına müsahibəsi:
– Komandada nə yeniliklər var? Maliyyə vəziyyətinin yaxşılacağını deyirdiniz…
– Vəziyyətimiz normaldı, yeni heyət formalaşdırırıq, futbolçular cəlb edirik. Büdcəmiz artırılıb, artıq 1-ci divizionda ən çox məvacib alan futbolçular “Rəvan”ın oyunçuları olacaq. Əvvəlki aylardan verilməyən pullar isə dekabrın 28-nə kimi ödəniləcək. Təxmini büdcəmizin nə qədər olduğunu deyə bilməyəcəm. Futbolçuların aylıq maaş büdcəsi 15 min manat olacaq. Əvvəl səhv etmirəmsə, bu rəqəm 8 min idi.
– Heyətə yeni futbolçular dəvət ediləcək?
– Bir çox komandaların oyunçuları ilə danışıqlar aparırıq. Bu futbolçular arasında “İnter”, “Səbail”, “Turan-Tovuz”, “Qaradağ-Lökbatan”da çıxış edənlər var. Sadəcə, ad çəkmək istəmirəm. Bundan başqa, komandaya legioner də götürmək istəyirəm. Hazırda Saməddin adında yəmənli yarımmüdafiəçi var, onu komandaya götürmək istəyirəm. Yasin Həmidi də geri qaytarmaq istəyirəm.
– “Rəvan”ın xalları yenə silindi…
– Bu, bizim taleyimizə yazılıb. Maliyyə məsələlərini klub rəhbərliyi həll edir. Yəqin ki, hissə-hissə ödəniləcək. Söz verirəm ki, bundan sonra məğlub olmayacağıq və xallarımız silinməyəcək.
– Mövsümün ilk yarısını 0 xalla başa vuran “Rəvan”ın Premyer Liqaya qayıdacağı nə dərəcədə inandırıcıdı?
– İndi əsas məqsədimiz yaxşı komanda yaradıb, nəticə qazanmaqdı. Akademiyamız fəaliyyət göstərir. AFFA-nın lizensiya tələblərini yerinə yetiririk.
– Borcu olan komandanı Premyer Liqaya buraxaqlar?
– Həmin pullar dediyim kimi hissə-hissə ödəniləcək.
– Ölkədə mövcud maliyyə böhranı vaxtı klub rəhbərliyi nə düşünüb, büdcəni arıtırdı?
– Bizdə maliyyə vəziyətimiz həmişə normal olub. Sadəcə, son 1 ildə problemlər yaşadıq. Güvənc Kurtarın dövründə heyətimizə çoxsaylı legionerlərin gəlişi bizi indiki vəziyyətə saldı. İndi əsas məqsədimiz, maliyyə cəhətdən “Şəmkir”, “Zaqatala”, “Qaradağ-Lökbatan” səviyyəsində olmaqdı.
– Sonda komandanızın qış fasiləsində planları nədi?
– Ayın 3-də Bakıda yığışacağıq. Hazırlıqlarımızı ölkə daxilində keçəcəyik, yanvarın 17, 20, 23, 26-da yoxlama oyunları keçirəcəyik. Çalışacağıq ki, ölkə xaricinə çıxmayan Premyer Liqa klublarımızla oynayaq.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”