Dünya futbolu
Ronaldinyo da Koutinyonu “Barsa”ya layiq bildi
"Barselona"nın əfsanəvi futbolçularından olan Ron…
"Barselona"nın əfsanəvi futbolçularından olan Ronaldinyo kataloniyalıların "Liverpul"un yarımmüdafiəçisi Koutinyo ilə maraqlandığını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, brazilyalı futbol ulduzu həmyerlisi haqqında maraqlı açıqlamlar verib. Koutinyonun zədədən qayıtdıqdan sonra əvvəlki formasına dönəcəyini gözlədiyini bildirən Ronaldinyo onun mümkün transferinə də işarə vurub: "Ümid edirəm ki, zədədən sonra qaldığı yerdən davam edəcək. Bu mövsüm çıxışı ilə Avropanın öndə gələn futbolçularından biri oldu. "Barselona"nın 24 yaşılı yarımmüdafiəçiyə heyran olduğunu bilirəm. "Liverpul" onu heyətdə saxlamaq istəyəcək, komandanı ona uyğun qurublar. Ancaq bu səviyyədə oynadığı müddətcə daim diqqət mərkəzində qalacaq”.
Xatırladaq ki, ötən günlərdə kataloniyalıların digər əfsanəvi futbolçusu Xavi Koutinyo haqqında fikirlərini mətbuatla paylaşmışdı: "Hazırda Avropada onun səviyyəsində yarımmüdafiəçi yoxdu. Dünyada "Barselona"nın oyununu inkişaf etdirəcək az sayda oyunçudan biridi".
Brazilyalı futbolçu zədələnmədən öncə bu mövsüm "Liverpul"da 16 oyuna çıxmış, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalmışdı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”