Ölkə futbolu
Pesalli "Neftçi"ni Braziliya klubuna dəyişdi
"Neftçi" braziliyalı legioneri Jonas Pesalli ilə yo…
"Neftçi" braziliyalı legioneri Jonas Pesalli ilə yolarını ayırıb. Futbolinfo.az xəbər verir ki, bu haqda "sportnet"ə komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
O, ötən həftə ilyarım anlaşdıqları 26 yaşlı hücumçu ilə vidalaşmalı olduqlarını bildirib: "Bildiyiniz kimi, Pesallinin müqaviləsi bitmişdi və onunla anlaşmanı 1 ilik uzatmaqla bağlı razılıq əldə etdik. Ancaq Pesalli sonradan karyerasını vətənində davam etdirmək istədiyini bildirdi. Çünki Braziliyanın yüksək liqasından təklif alıb. Hər bir futbolçunu bunu arzulayar. Bizə getmək istədiyi dedi və ona əngəl olmadıq. Anlaşmanı qarşılıqla razılıqla pozduq".
Qeyd edək ki, "Neftçi"yə cari mövsümün gedişində gələn Pesalli 4 qol vurub. Bunun 1-i Premyer Liqada, 3-ü kubokda olub. O, cari mövsümdə 3 het-trikdən birinin müəllifidir.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu