Dünya futbolu
Suares Ronaldo və Messini geridə qoydu
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) b…
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu il başa çatan çempionatların yüksək liqalarında ən çox qol vuran futbolçuların yekun siyahısını tərtib edib.
Futbolinfo.az xəbər verir ki, "Barselona"nın hücumçusu Luis Suares 40 qolla siyahının ilk pilləsində qərarlaşıb.
Uruqvaylı hücumçu bu titula 3-cü dəfə sahib olub.O, 2010-cu ildə “Ayaks”, 2014-cü ildə “Liverpul”un heyətində dünyanın ən məhsuldar hücumçusu olub.
Zlatan İbrahimoviç 38 qolla ikinci, Qonsalo İquain 36 qolla üçüncüdü.
1. Luis Suares ("Barselona") – 40 qol
2. Zlatan İbrahimoviç (PSJ) – 38 qol
3. Qonsalo İquain ("Napoli") – 36 qol
4. Kriştiano Ronaldo ("Real") – 35 qol
5. Conas ("Benfika") – 32 qol
6. Eran Zahani ("Makkabi") – 31 qol
7. Robert Levandovski ("Bavariya") – 30 qol
8-9. Vensan Yanssen ("AZ Alkmaar") – 27 qol
8-9. Nemanya Nikoliç ("Legiya") – 27 qol
10-11-12. Lionel Messi ("Barselona") – 26 qol
10-11-12. İslam Slimani ("Sportinq") – 26 qol
10-11-12. Luuk De Yonq (PSV) – 26 qol
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”