Ölkə futbolu
AFFA-da Hesabat Konfransının tarixi bəlli oldu
AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keç…
AFFA-nın növbəti Hesabat Konfransı və dərhal sonra keçiriləcək İcraiyyə Komitəsinin iclasının vaxtı müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, hər iki tədbir martın 16-da “Hilton” otelində baş tutacaq.
Konfransa saat 10:00-da start veriləcək. FİFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər
Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı fevralın 27-dən martın 6-dək akkreditasiya üçün qeydiyyat aparılacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”