Dünya futbolu
Rüfət Dadaşov oynadı, komandası uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda liderlər qrupunda qərarlaşmış "Berliner AK 07" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Oyuna start heyətdə başlayan Dadaşov 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Moyzelvits" hazırda 21 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”