Bizi izləyin

Premyer-liqa

Taxt uğrunda tac gətirməyən döyüş: FHN (Filip – Hüseynov – Nika) işini gördü

Mərkəzi oyun haqda nəhayət ki, keçmiş zamanda danışa bil…

blank

Mərkəzi oyun haqda nəhayət ki, keçmiş zamanda danışa bilərik. Neçə gün idi ki, hamının səbirsizliklə gözlədiyi 90 dəqiqə yetişdi. Qəbələ şəhər stadionu havanın şıltaqlığına baxmayaraq, bəyaz əlbisəsindən təmizlənmişdi. Oyunun gərginliyi elə bir yüksək həddə çatmışdı ki, hətta iqlim də bu qaynar ab-havadan qızmışdı. Fariz Yusifovun start fiti səsləndiyi an temperatur +3 idi…

Komandaların start heyətlərinə nəzər saldıqda, ən ciddi gözlənilməzlik “qırmızı-qaralar”ın sıralarında idi. Rəşad Sadiqov müdafiənin mərkəzində Voislav Stankoviçlə tandem təşkil edirdi. Karyerası ərzində əvvəlcə mərkəz, sonradan dayaq yarımmüdafiəçisi kimi çıxış edən Sadiqov, bu gedişlə deyəsən, qapıçı kimi də sınanacaq… Meydan sahiblərinin ilk “11-liyi”nə nəzər saldıqda, daha bir neçə gözlənilməzliyə rast gəlmək mümkün idi. Ruslan Qurbanovu ehtiyat oyunçular skamyasında oturdan Roman Qriqorçuk, start heyətində Araz Abdullayevə yer vermişdi. “Neftçi”nin sabiq kapitanının yarımmüdafiənin sağ cinahında qərarlaşması Sergey Zenyovun da ilk dəqiqələrdən əks qanadda mövqe tutmasını şərtləndirmişdi. Ürfan Abbasovun yoxluğu da diqqətçəkən məqamlardan olsa da, bu futbolçunun mövqe seçimi baxımından ciddi problemləri olduğunu nəzərə alsaq, ukraynalı mütəxəssisin nəyə görə Maqomed Mirzəbəyova şans tanıdığı aydın olar.

“Qarabağ”ın start heyəti isə təəccübləndirmədi. Qurban Qurbanov vizavisindən fərqli olaraq, ciddi rotasiyalara əl atmamışdı. Kimi harda görməyə alışmışıqsa, orda da oynadı. Bir tək Mahir Mədətovun cinah yarımmüdafiəçisi kimi meydana çıxdığını söyləmək olar ki, bu düzülüşlə də bir neçə dəfə rastlaşmışıq. Qurbanovun oyun sistemində onurğa sütunu Riçard Almeyda olmalı idi. Lakin braziliyalı top-formasını hələ ki, yığmayıb və belədə, qonaqların hücumlarında pərakəndəlik hiss olunur. Qara Qarayevin yaradıcılıq baxımından problemlərinin olması illərdi müşahidə olunur ki, dünənki görüş də istisna olmadı. Miçel Madeyra isə daha çox “xilasedici çubuq” obrazı yaradan futbolçudu. Lakin dünən bu çubuğun işə düşməsi mümkünsüz idi…

“Qəbələ”nin futbolçuları oyuna elə motivasiya olmuşdular ki, baş hakimin start fitindən sonra meydanda nə edəcəklərini bilmirdilər. El arasında buna “barıtı çox olub” deyirlər. Qriqorçukun yetirmələrinə özlərinə gəlmək üçün təqribən 20 dəqiqə vaxt lazım oldu. Bundan sonra isə Daniel Subotiç rəqibini bezdirici pressinqi ilə, Filip Ozobiç topla və topsuz rəqsləri ilə, Nika Kvekveskiri hiyləgər ötürmələri ilə, Sergey Zenyov cinah reydləri ilə təzyiq altına saldılar. 

Meydan sahiblərinin turnir cədvəlinin zirvəsinə qayıtmaq eşqinin ilk cücərtisi 30-cu dəqiqədə yaşandı. Ancaq az qala yenə də aləm bir-birinə dəyəcəkdi. Filip Ozobiçin qapı xətti üstündən geriyə ötürməsini Bədavi Hüseynov xorvatiyalı yarımmüdafiəçinin üstünə qaytardı. Filipin təkrar ötürməsi Sergey Zenyovu tapdı və estoniyalı futbolçu Şehiçin qoruduğu qapının torunu silkələdi. Lakin Fariz Yusifov yan xətt hakimi Azər Əsgərovu göstərərək, qolu qeydə almadı. Əsgərov ötürmə zamanı topun Bədavidən deyil, “Qəbələ”nin hansısa futbolçusundan Ozobiçə qayıtdığını zənn edərək, bayrağını havaya qaldırdığını bildirdiyi halda, baş hakim “mərmi”nin qapı xəttini keçməsi işarə edildiyini düşündü. Fövqaladə hallar naziri Kəmaləddin Heydərovun da tribunadan izlədiyi oyunda fövqaladə vəziyyət yarandı. Lakin yanğınsöndürən, və ya xilasedicilərə ehtiyac duyulmadı: referilər qısa dialoqdan sonra məsələni ayırd etdilər. Baş hakim köməkçisinə topun Bədavidən getdiyini, laysman isə topun qapı xəttini keçmədiyini bildirdikdən sonra ədalət bərqərar oldu və hesabın açılması rəsmən təsdiqləndi. 

“Qarabağ”ın heyətində Rəşad Sadıqovun olmaması tək müdafiədə deyil, ümumilikdə, kollektiv oyununda da öz əksini tapırdı. Ağdamlılar pərakəndə futbol sərgiləyirdi. Təsəvvür edin, 90 dəqiqə ərzində qonaqlar bir dəfə olsun belə, Dmitri Bezotosnının qapısı qarşısına düşünülmüş kombinasiyadan sonra çıxa bilmədilər. Ansi Aqollinin endirdiyi zərbə? Möhtəşəm ifa idi! Ancaq hardan? 28-30 metrlikdən. Bu cür epizodlarda qapıçı reaksiya göstərə bildisə, sonrakı dəqiqələrdə onu məyus etmək, demək olar ki, mümkünsüz olur. Ukraynalı kiper də fantastik seyvindən sonra əsl əjdahaya döndü. 

Bir kiçik abzas da oyundankənar. Bu matçda ən sevindirici məqam Cavid Hüseynovun tarantipli oyununu qaytarması oldu. Əlbəttə ki, millimiz adına. Yarımmüdafiəçi bir neçə epizodda oyunu üzərinə götürməklə, “qayıdıram” mesajını göndərdi!

Fasilədən sonra “Qəbələ” bir qədər qapandı. Bəli, topa daha çox qonaqlar nəzarət edirdi. Ancaq faydalı iş əmsalı olduqca aşağı idi. Ara-sıra Dino Ndlovu epizodik parlamalarla yadda qalırdı. Lakin hesabın bərabərləşməsi üçün topa nəzarət etmək kifayət deyil. Qurbanovun əvəzləmələri da ciddi fayda vermədi. Düzdü, Coşqun Diniyev Qaradan daha kreativ oyunçu olduğunu meydanda olduğu 30 dəqiqədə də sübuta yetirdi. Ancaq bu futbolçunun parlaması üçün daha çox oyun praktikasına zərurət var.

Matçın 68-ci dəqiqəsində isə qalib haqda sual gündəmdən çıxdı. Nikanın ötürməsini sözlə ifadə etmək mümkün deyil. İlk baxışdan “süvarilər” bütün zonaları bağlamışdı. Ancaq gürcü yarımmüdafiəçi bir topun sığacağı dəliyi tapdı. Vəssəlam, “Qarabağ”ın bütün futbolçuları seyrçi mövqeyində qaldılar. Həmin dəliyə şığıyan isə… Bəli-bəli, həmin Ozobiç idi! Cari mövsümdə Topaz Premyer Liqasının ən yaxşı futbolçusu Şehiçə şans tanımadı 2:0. Qalan dəqiqələr isə texniki məqam idi. “Qəbələ” topu qonaqlara verib, vaxtın tamamlanmasını gözləyirdi. Gözlədi, gözlədi və nəhayət, final fiti səsləndi. 

Nəhayət, “qırmızı-qaralar” arzuladıqları zirvəyə yüksəldilər. Ancaq sonda bir neçə məqamı diqqətə çatdırmaq istəyirik. “Qəbələ” bu oyuna həlledici döyüş kimi yanaşırdısa, “Qarabağ”ın futbolçu və məşqçi heyəti üçün bu, 3-cü dövrənin növbəti turunun görüşü idi. Hər kəs bir daha əmin oldu ki, “qırmızı-qaralar” “kubok komandası”dı. Qriqorçukun yetirmələri silsilə oyunlara yox, hansısa qlobal matça xüsusi köklənməyi bacarırlar. Necə ki, 2 ildi ardıcıl Avropa Liqasının 1-ci təsnifat mərhələsindən qruplara qədər irəlilyə biliblər. “Qarabağ” isə uzun marafonu gözü önünə alan, bu yolda saç ağartmış eksperti xatırladır. Qurban Qurbanovun matçsonrası mətbuat konfransında da bunu hiss etmək çətin deyildi. Ağdamlılar çempionluq mübarizəsində qiyabi yarışmaya daha böyük önəm verirlər. “Süvarilər” “ikinci sort” rəqibləri ilə matçlarda daha az xal itirməklə, dünənki məğlubiyyəti sığortalamağı düşünür. Hazırda Qriqorçuku da dəyişmək mümkün deyil, yetirmələrini də. Çempionluq üçün qalır bir yol: komanda qarşıdakı 9 oyunun hər birinə dünənki motivasiya ilə çıxmalıdı. Ancaq orasını deyə bilmərik – bu motivasiyanı gətirən vəd olunan yüksək mükafat idi, yoxsa 2-ci dövrədə Suraxanıda baş tutan qarşılaşma.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm