Premyer-liqa
“Neftçi” “İnter Arena”ya köçdü
Topaz Premyer Liqasının 20-ci turunda AZAL-ın qonağı olacaq &ldqu…
Topaz Premyer Liqasının 20-ci turunda AZAL-ın qonağı olacaq “Neftçi” hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” bu görüşə həmişəkindən fərqli məkanda hazırlaşır.
Adətən çalışmalarını Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına bazada keçən “təyyarəçilər”lə görüşün məşqlərini “İnter Arena”da davam etdirir. Təbii ki, bu da səbəbsiz deyil. Çünki şüvəlanlılarla keçiriləcək qarşılaşma süni örtüklü “AZAL Arena”da oynanılacaq. Məhz bu səbəbdəndi ki, “Neftçi” də müvəqqəti olaraq məhz “İnter Arena”ya köçüb.
Elxan Abdullayevin komandasında itkilər də var. Belə ki, Ruslan Abışov və Cavid İmamverdiyev zədə səbəbindən sözügedən görüşü buraxacaq.
Qeyd edək ki, AZAL – “Neftçi” matçı fevralın 27-i, saat 15:30-da start götürəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”