Ölkə futbolu
Almeyda Qətərə niyə aparılmadı?
Riçard Almeydanın milli komandamızda debütü təxir?…
Riçard Almeydanın milli komandamızda debütü təxirə düşdü. Milliləşdirilən braziliyalı yığma komandanın düşərgəsinə çağırılsa da, Qətərlə səfər oyununa aparılmadı.
Maraqlıdı ki, bununla bağlı hansısa açıqlama da verilimir. AFFA rəsmi saytında onun məşqdə iştirak etdiyini, sonra isə düşərgədən ayrıldığını xəbər verməklə kifayətlənib.
Vəssalam! Yəni bu, o qədər sıradan olaydımı?
Təbii ki, Almeydanın millidə rəsmi debütü mümkünsüzdü. Bunula bağlı FİFA qərar verməli, ən əsası isə hələ futbolçunun ölkəmizdə yaşamasının 5 ili tamam olmalıdı. Bu əngəllər var idisə, Riçard niyə düşərgəyə çağırılırdı; yox, rəsmi oyun olmadığı üçün oynamağında problem yoxdusa, niyə Dohaya aparılmır?
Cavab yoxdu. “Qarabağ” tərəfinin heç nədən xəbərsiz olması təbiidi, açıqlamanı AFFA verməlidi. Lakin mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunu tapmaq olmur, milli məşqçilərindən kiminləsə danışmaq da mümkün deyil. Zədəlidi, məşqçi istəmədi, milliləşənə kimi risk etməyi lazım bilmədik – istənilən cavab məntiqli və qəbulediləndi. Lakin o cavab, o açıqlama verilmir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”