Ölkə futbolu
AFFA-nın etirafı: “Kəpəz”in haqqı yeyilib!
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Bug…
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Bugünkü tədbirdə qurum Topaz Premyer Liqasının XXI turunun “Kəpəz” – AZAL matçı ilə bağlı maraqlı qərar çıxarıb.
Futbolinfo.az xəbər verir ki, Gəncədəki qarşılaşmanın videoyazısını izlədikdən sonra İntizam Komitəsi bakılıları cəzalandırmağı lazım bilib. Oyunun 64-cü dəqiqəsində AZAL-ın futbolçusu Alamadine Omega Robent rəqib futbolçuya qarşı aqressiv hərəkətinə görə 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə olunub. Hakimlər Komitəsinə hakim haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmaq tapşırılıb.
Qeyd edək ki, həmin oyunda Alamadine Omega Robent rəqib futbolçu Julien Ebahı cərimə meydançasında vurmuş və bu epizod baş hakim Orxan Məmmədovun gözündən yayınmışdı. Halbuki həmin vaxt bakılıların qapısına penalti təyin edilməliydi. Həmin vaxta kimi 1:0 öndə olan “Kəpəz” belədə azlıqda qalan rəqibini daha rahat yenəcəkdi. Lakin hakimin səhvindən ruhlanan bakılılar qalan dəqiqələrdə hətta hesabı da bərabərləşdirə bildi və Gəncə klubunun haqqı yeyildi. İntizam Komitəsinin bu qərarı ədalətli olsa da, bitmiş matşın hesabı dəyişməyəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”