Ölkə futbolu
“Lester”i yox, Azərbaycanı düşünür
DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrup…
DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O’Nilin adı İngiltərə Premyer Liqasının son çempionu “Lester”lə hallanır.
Futbolinfo.az xəbər verir ki, 47 yaşlı mütəxəssis şayiələrə münasibət bildirib. O’Nil “tülkülər”in baş məşqçi postuna keçməyəcəyini açıqlayıb: “Lester Siti”? İngiltərə Premyer Liqası dünyanın ən maraqlı çempionatıdı. Bir gün Premyer Liqada çalışmaq istəyərəm. Amma hazırda iş axtarmıram və heç bir mütəxəssisin yerinə göz dikməmişəm. Qarşıda bizi Norveç və Azərbaycanla çətin oyunlar gözləyir. Özümüzü həmin matçlara kökləmişik. Məqsədimizə çatsaq, xoşbəxt olacağıq”.
Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya matçı iyunun 10-da keçiriləcək və saat 20:00-da başlayacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”