Premyer-liqa
"Sumqayıt" istirahəti başa vurub "Neftçi" ilə oyunun hazırlığına başladı
"Sumqayıt" 5 günlük istirahətin ardından məşq…
"Sumqayıt" 5 günlük istirahətin ardından məşqləri bərpa edib. Futbolinfo.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında növbəti turda qarşılaşacağı "Neftçi" ilə oyunun hazırlığına start verib.
Qeyd edək ki, 21 və 23 yaşadək milli komandaların heytində yer alan futbolçularla yanaşı, son turda "Kəpəz"lə qarşılaşmada zədə alan Süleyman Əhmədov da məşq prosesində iştirak etməyib. Məşq zamanı kompleks hazırlığa və toplu çalışmalara üstünlük verilib. "Sumqayıt"ın növbəti məşqi sabah saat 16:00-da "Kapital Bank Arena"da olacaq.
Qeyd edək ki, "Sumqayıt" növbəti turda apelin 2-də doğma arenda "Neftçi"ni qəbul edəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”