Bizi izləyin

Ölkə futbolu

Dmitri Nağıyev: “Qəbələ”yə keçmək variantım var idi”

“Uşaqlıqda hələ vilayət çempionatında iştirak edə…

blank

“Uşaqlıqda hələ vilayət çempionatında iştirak edərkən, hücumda oynayırdım və mövsüm ərzində 10-11 qol vururdum. Yaş artdıqdan sonra sağ cinah müdafiəçisi mövqeyində çıxış etməyə başladım, amma hücuma qoşulmaq öz yerində qaldı. Bu mövqedə ən çox bəyəndiyim futbolçular Dani Alveş və Dario Srnadı”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın U-21 yığmasının və “Dnepr” klubunun futbolçusu Dmitri Nağıyev deyib.

Ukrayna Premyer Liqasının 23-cü turunda “Zvezda” ilə qarşılaşmada komandasının qələbə qolunu vuran müdafiəçi bu ölkənin mətbuatına geniş müsahibə verib.
 
Nağıyev əvvəlcə özünü Alveş və Srna ilə müqayisə edib: “Onlar kimi, mən də müdafiədə itib, qalmamağa çalışıram. Qol ötürmələri verməyi çox sevirəm, bundan həzz alıram. Srna kimi, 33 nömrəli formanı seçmişəm. Kiçik qardaşım deyir ki, xarici görkəm baxımından da Darioya bənzəyirəm, sadəcə saqqalımı kəsmək və saç stilimi bir qədər dəyişmək lazımdı”.
 
Millimizin üzvü rusiyalı şoumen Dmitri Nağıyevlə ad və soyadınız eyni olmasına toxunub: “Əsas komandaya gələnə qədər ləqəbim yox idi. İlk ləqəbim olan “Foma”nı mənə Ruslan Rotan verdi. “Fizruk” serialına baxanlar bunu başa düşəcəklər. Hazırda “Dnepr”də məni belə adlandırırlar. Ümumiyyətlə, məşhur adaşım və həmsoyadımın hesabına bağça və məktəb illərindən asanlıqla xatırlanıram. Hərçənd ki, çoxu əsl ad və soyadımın bu cür olduğuna inanmır. Yeni insanlarla tanış olanda tez-tez bu sözləri eşidirəm: “Yaxşı, görək. Həqiqətən, belədi?”. Nəticədə pasportumu və ya başqa hansısa sənədimi göstərməli oluram. Mən həyatda şoumenəm. Bütün komanda yığıncaqlarında, süfrə arxasında əyləşəndə, eləcə də, soyunub-geyinmə otağında həmişə masabəyi oluram. Zarafat etməyi, mahnı oxumağı çox sevirəm. Diqqət mərkəzində olmaq xoşuma gəlir. Kamera qarşısında da özümü sərbəst hiss edirəm. Hələ ki, fikrimi futbola yönəltmişəm. Kim bilir, gələcəkdə özümü, bəlkə də, şoumen peşəsində yoxladım. Onsuz da, bu sənətdə yaş həddi yoxdu”.
 
Nağıyev ən sevimli klubunun “Yuventus” olduğunu açıqlayıb: “10-12 il əvvəl STB telekanalı A seriyasının oyunlarını göstərirdi. Görən kimi, “Yuventus”a vuruldum. İndiyə qədər həmin heyətdə yer almış bütün futbolçuları xatırlayıram: Nedved, Del Pyero, Türam, Buffon, Zambrotta… Elə o vaxtdan “Yuve”yə azarkeşlik edirəm. Amma çempionatları müqayisə etsək, İspaniya La Liqası ən öndədi”.
 
Dmitri “Zvezda”ya vurduğu qolu qeyd edəcəklərini bildirib: “Komanda yoldaşlarımın bununla bağlı mənə nəsə deməklərinə ehtiyac yoxdu. Bizdə qayda belədi: debüt qolunu vuran futbolçu və ilk dəfə qapısının toxunulmazlığını saxlayan qapıçı oyundan sonra məşqə pitsa gətirməlidi. Təcrübə onu göstərir ki, 15 ədəd pitsa bütün komandaya bəs edir. Sabah üçün pitsa sifariş verəcəm”.
 
Özü barədə də danışan Nağıyev Azərbaycanın U-21 yığmasına cəlb olunmasına da toxunub: “Belıy Serkovda anadan olmuşam. Futbol həyatıma ciddi şəkildə Kiyevdə, məşqçi Roman Paşkovskonun rəhbərliyi altında başlamışam. “Knyaja”da oynadıqdan sonra yarım il Moskva klublarında baxışda oldum. “Torpedo”, “Spartak” və “Dinamo”nun gənclər komandasında məşq etdim. Karyeramda heç vaxt Ukrayna yığmalarında oynamadım. Cəmi 1 dəfə U-14-ə çağırıldım. Onda da xəstələndiyim üçün milliyə qoşula bilmədim. “Dnepr”in əvəzedici komandasında olanda məni U-17-yə dəvət etmək istəyirdilər. Mixaylenko yaxınlaşaraq, Petrakovun maraqlandığını demişdi. Amma səs-soraq çıxmadı. Anamın bir tərəfi Azərbaycandandı. Babam Azərbaycanda məşhur hərbçi olub. Əfsuslar olsun ki, o, artıq dünyasını dəyişib. Məhz bu yolla Azərbaycanın futbol assosiasiyasından mənimlə əlaqə qurdular və yığmada oynamağı təklif etdilər. Düşündükdən sonra “niyə də olmasın?” deyib, özümü yoxlamaq qərarına gəldim”.
 
Nağıyevin sözlərinə görə, həmin vaxt “Qəbələ” klubu onun xidmətində maraqlı olub: “Qəbələ”yə keçmək variantım var idi. Azərbaycan vətəndaşı olmağım mənə bu ölkədə legioner sayılmamaqda kömək edə bilərdi. Yekunda hər şey düşündüyüm kimi olmadı. Amma Azərbaycan pasportu aldım və gənclər yığmasında bir neçə oyun keçirdim. Çoxu elə bilir ki, mənim atam azərbaycanlı olub, halbuki əksinədi. AFFA-nın saytında adımı Dmitri Ruslan oğlu Nağıyev kimi yazanda anam gülərək, atamla zarafatlaşmışdı. Azərbaycanda çoxlu qohumum və dostum var. “Zvezda” ilə matçdan sonra onlar da zəng və mesajlarla məni təbrik etdilər. Hətta oynamayanda belə, Azərbaycandan mənə yazırlar, zəng edirlər. Mənim üçün çox xoşdu. Kiçik qardaşım ikinci liqada çıxış edən “Arsenal-Kiyevşina” klubundadı. 18 yaşı var və dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Ucaboy, elastikdi. Dayaq yarımmüdafiəçisinə lazım olan keyfiyyətlər onda var”.
 
Gənc futbolçu Ukraynanın əsas yığmasının qapılarının onun üzünə hələ bağlanmadığını əlavə edib: “O qapılar Azərbaycanın əsas millisində rəsmi oyuna çıxsam, bağlanacaq. FİFA-nın qaydası belədi. Yaxşı başa düşürəm ki, hələ Ukrayna yığmasında oynamaq səviyyəsində deyiləm. Amma hər şey tez dəyişir. Məsələn, Matvienko ilə yarım il əvvəl əvəzedici komandada bir-birimizə qarşı oynayırdıq. Xorvatiya ilə matçda isə o, Ukrayna millisində debüt etdi və yaxşı da oynadı. Həyatda belə hallar çox olur. Moskvada agentim mənə tez-tez bu sözləri deyirdi: “İnsan ulduz kimi yatıb, heç kim olaraq, oyana bilər və ya əksinə”. Həqiqətən, elədi”. (Apasport)

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm