Premyer-liqa
Denis Silvadan 200-cü qol
Topaz Premyer Liqasında mövsümün 200-cü qolu vuru…
Topaz Premyer Liqasında mövsümün 200-cü qolu vurulub. Futbolinfo.az xəbər verir ki, yubiley topu 24-cü turun “İnter” – AZAL görüşünə (2:1) təsadüf edib. Maçda hesabı açan Denis Silva 200-cü qolun müəllifi olub. O, 48-ci dəqiqədə qonaqları məyus edib. Bu turadək 197 qeydə alınmışdısa, günün ilk oyununda 2 qol vurulandan sonra fərqlənən braziliyalı rəqəmi yubiley həddinə çatdırıb.
Tur başa çatandan sonra isə mövsümdə vurulan qolların ümumi sayı 207-yə qədər artıb. Bunlardan 123-ü meydan sahibləri, 84-ü qonaqların hesabındadır. 96 matçdakı orta məhsuldarlıq 2,16-ya bərabərdir.
Xatırladaq ki, çempionatın 1-ci qolunu 2016-cı il avqustun 6-da keçirilən AZAL – “Neftçi” oyununun (0:2) 60-cı dəqiqəsində qonaqların futbolçusu Elvin Bədəlov vurub. 50-ci qol isə “Qarabağ”ın yarımmüdafiəçisi Rahid Əmirquliyevin hesabındadır. O, V turun sentyabrın 19-da keçirilən “Zirə” ilə matçının (2:0) 20-ci dəqiqəsində fərqlənib. 100-cü qol isə X turun oktyabrın 30-da baş tutan “İnter” – “Sumqayıt” (3:1) görüşünə təsadüf edib. Nizami Hacıyevin 80-ci dəqiqədəki qolu yubiley xarakteri daşıyıb. XXVII turun “Qarabağ” – “Zirə” görüşündə (2:0) Ağdam klubunun futbolçusu Əfran İsmayılov 150-ci qolun müəllifi olub. O, fevralın 8-də baş tutan qarşılaşmanın 13-cü dəqiqəsində hesabı açıb. PFL
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”