Premyer-liqa
Əfran İsmayılov üçün əlamətdar tur
Topaz Premyer Liqasının 24-cü turu “Qarabağ”da yub…
Topaz Premyer Liqasının 24-cü turu “Qarabağ”da yubileylə əlamətdar olub. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun futbolçusu Əfran İsmayılov əyalət klubunun heyətində 200-cü matçını keçirib.
Bu hadisə “Kəpəz”lə ev qarşılaşmasına təsadüf edib. Start heyətində meydana çıxan Əfran 2:1 hesablı qələbəyə sevindiyi matçda 90 dəqiqə forma geyinib. Yarımmüdafiəçi “Qarabağ”ın tarixinə rəsmi turnirlərdə 200 və daha çox oyun keçirən 16-cı futbolçu kimi düşüb. 28 qol vuran Əfrana qədər 15 oyunçu bunu bacarmışdı.
İsmayılov Ağdam təmsilçisində 2006/07 mövsümündə debüt edib. O, indiki komandasının heyətində Azərbaycan çempionatında 146 (20 qol), Avropa Liqasında 28 (6), Azərbaycan kubokunda 21 (2), Çempionlar Liqasında 5 matç keçirib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”