Ölkə kuboku
Kubokda 88-ci Azərbaycan derbisi
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları 88-c…
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları 88-ci Azərbaycan derbisi ilə əlamətdar olacaq. Futbolinfi.az xəbər verir ki, sabah üz-üzə gələcək “Neftçi” və “Qarabağ” bunadək 87 dəfə qarşılaşıb.
1992-ci ildən keçirilən Azərbaycan miqyaslı yarışların iki daimi iştirakçısının yolları yalnız çempionat və kubokda kəsişib. Yoxlama oyunları və ikinci dərəcəli turnirlər nəzərə alınmasa, “Qarabağ” “Neftçi” ilə matçlarda böyük üstünlüyə malikdi.
İki klub arasındakı 87 matçda ağdamlılar 34 qələbə əldə edib. Bakılılar isə cəmi 23 dəfə sevinən tərəf olub. Bərabərlik qeydə alınan matçların sayı isə 30-du.
88-ci görüşədək 88 qol vuran “Qarabağ”a “Neftçi” 77 dəfə cavab verib. Təbii ki, texniki nəticələr top fərqində əksini tapmayıb.
Keçirilən oyunlardan 67-si çempionat çərçivəsində olub. 24 qələbə və 25 heç-heçəsi olan əyalət təmsilçisi 18 dəfə uduzub. Top fərqində də üstünlük diqqət çəkir – 70:61.
Kubokda 21-ci dəfə qarşılaşacaq komandaların matçlarında da “Neftçi” geridədi. 5 qələbəsi və eyni sayda heç-heçəsi olan paytaxt təmsilçisi 10 dəfə uduzub. 18 qol buraxan “ağ-qaralar” 16-nı vura bilib. Apasport
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”