Bizi izləyin

Ölkə futbolu

Kamikadze Abdullayev: partlatdığı bomba özünü məhv edəcək

"Sən nə etdin, lal Hüseyn?" Heç ilin-gün&…

blank
"Sən nə etdin, lal Hüseyn?" Heç ilin-günün, vəziyyətin bu vaxtında dəyərdimi? Sənin düşmən qazanan vaxtındımı?
 
Elxan Abdullayev danışdı, danışdıqca səhvlər buraxdı. "Neftçi"nin baş məşqçisi "Qarabağ"la dünənki kubok oyunu sonrasında keçirilən mətbuat konfransında elə vəziyyət yaratdı ki, qarşısına aldığı insanlar çətin ki, onu bağışlasın. Bu, bəlkə də gedəcəyini bilən adamın sonuncu patronlarını hara gəldi səpələməsi idi. Lakin o mərmilər bumeranq effekti ilə onun özünə doğru qayıdacaq.
 
Sitat: "Komandaya gələndə avrokuboklara vəsiqə sözü verməmişdim. Sadəcə, çətin vəziyyətdən çıxaracağımı demişdim".
 
Siz nə danışırsız, Elxan bəy? Hə, avrokuboklara vəsiqə vədi verməmiş, amma buna çalışacağınızı demişdiz. Amma axı, komandanı çətin vəziyyətdən də çıxarmamısız. Xəbəriniz varmı, növbəti turda Gəncədə məğlub olsanız, komandanı təhvil aldığınız mövqeyə – 7-ci yerə qayıdacaqsız? Çətin vəziyyətdən çıxarmaq deyərkən nəyi nəzərdə tutursuz? 5-ci və ya 6-cı olmaq vəziyyətdən çıxmaqdı? O zaman qışda xərclətdirdiyiniz milyonların hesabatını kim verəcək?
 
Sitat: "Bəzi şəxslər, Tahir Süleymanov deyir ki, 15 futbolçu transfer etmişik. Ancaq 15 transfer deyil, gedənləri əvəz etmişik. Bizim ən böyük problemimiz bilirsiz, nədi? “Neftçi”nin 26 xalı var. Əsas rəqibərimizə uduzduğumuzdan vəziyyətimiz belə alındı. Qarşıda 4 oyunumuz var. İlk dövrədə 26 xal yığsaydıq, indi daha yüksək pillədə idik. Düzdü, məsələyə belə yanaşmaq düzgün deyil. Lakin komanda birdən qurulmur. Komandada stabillik çatışmır. Bu da, zamanla düzələcək".
 
Siz hələ də vaxt istəyirsiz? İndi niyə? Qarşıdakı 4 oyundan sonra nə dəyişəcək ki? Yəqin onda da çıxıb əlinizdən gələni etdiyinizi, amma alınmadığını deyəcəksiz. Hədəf kimi göstərdiyiniz o 4 oyunda sizə 4 qələbə lazımdı, lakin unutmayın ki, "Neftçi"nin bu mövsüm heç 3 ardıcıl qələbəsi olmayıb. Sələflərinizdənsə danışmayın, çünki onlar 26 xal yığsaydı, siz indi bu postda olmazdız. Tahir Süleymanovun simasında tənqidçiləri niyə qarşınıza alırsınız ki? "Neftçi"nin sabiq vitse-prezidenti bu klubdan saysız kuboklarla, Avropa Liqasının qrupuna vəsiqəylə gedib. Və dediklərində də haqlıdı – siz və sizdən əvvəlkilər eyni xəttin adamlarıdı və mövsüm ərzində milyonların xərcləndiyi 20-yə yaxın futbolçunun qazancı 26 xaldı.
 
Sitat: "Bəziləri ancaq komandanın pulunu sayır. Şikovun aldığı maaşı bu saat 3-4 oyunçu alır. Flavinyo 800 min manat maaş alırdı. Mən də istəyərdim ki, onun kimi oyunçularım olsun. Bizdə maliyyə deyildiyi qədər yüksək deyil".
 
Yenə oturduğun budağa balta çalırsan, Elxan bəy. Guya Şikovu gətirənlər ayrı planetin adamları idi də. Yoxsa daha bir mövsüm qalıb 800 minlik futbolçularla növbəti fiaskonun memarı olmaq istəyirsən? Puldan danışma, AZAL-ın ruhu inciyər, "Zirə"nin dodağı qaçar, "Sumqayıt"ın ürəyi bulanar…
 
Sitat: "Mən onları azarkeş saymıram. Komandanı sevən fanat “istefa” qışqırmaz. 60-cı dəqiqədə “istefa” qışqıranı azarkeş saymıram. “Forza Neftçi”ni fan-klub saymıram. Sumqayıtda komanda məğlub olanda “istefa” deyib qışqırırsansa, mən onları azarkeş saya bilmərəm. Xuliqan dəstədi. Gəlib doğma komandalarının oyunçularına qarşı etik olmayan ifadələr işlədirlər".
 
Elxan müəllim, azarkeşlər bunu sizə bağışlamayacaq və haqlı olacaqlar. İndi hər oyunda onların daha ciddi etirazı ilə üzləşəcəksiz. Düzdü, ola bilsin, "Kəpəz"lə səfər oyunundan sonra elə şeylər baş verəcək ki, onlarla üz-üzə gəlmək şansınız olmayacaq, baş məşqçi postunu boş qoyacaqsız. Bəs, nə gözləyirdiz: siz milyonları havaya sovuracaqsız, 80 illik klubu 80 qəpiklik edəcəksiz və onlar da sizə əl calacaq? Aylardı səbrlə dözür, dəstək verirlər, daha nə olsun? Xuliqan dəstəsi – bu ifadəni başqalarına da aid etmək olar. Məncə, əsl xuliqan dəstəsi "Neftçi"ni bu hala salanlardı və orada siz də varsız.
 
Sitat: "Mən özümü günahkar saymıram. Mən komandaya gələndə, AZAL-ın bizi keçəcəyini düşünürdülər. Mənim yerimə başqası bu nəticələri qazansaydı, özünə qızıldan heykəl qoyardı. Mənim qarşıma avrokublara vəsiqə vəzifəsi qoyulsaydı, ümumiyyətlə komandaya gəlməzdim".
 
Sözün bitdiyi an. AZAL-dan öndə olmağa görə qızıl heykəl istəyən adam avrokuboklara düşsə, AFFA-nın, çempion olsa, ölkənin prezidenti olmaq istəyər. Gorun çatlasın, Elxan Məmmədov, gör, ölkənin bir nömrəli klubunu kimə həvalə etmisən…
 
FƏRİD
 
P.S.: Bəlkə bu stress elə AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA İcraiyyə Komitəsinə üzv seçilməməyinin gətirdiyi məyusluğun nəticəsi idi. Necə də olmasa, bir camiənin üzvləridi, sevincləri də, kədərləri də birdi.
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm