Ölkə kuboku
Ukraynalıların final sindromu, Qriqorçuk tilsimi qırmaq iddiasında
Roman Qriqorçuk Azərbaycan kubokunun finalına komanda ç…
Roman Qriqorçuk Azərbaycan kubokunun finalına komanda çıxaran 4-cü ukraynalıdı. Futbolinfo.az "Apasport"a istinadla xəbər verir ki, “Qəbələ”ni həlledici qarşılaşmaya daşıyan mütəxəssis ilk dəfə ölkəmizdə final iştirakçısı olacaq.
“İnter” üzərində qələbələrdən (3:1, 2:0) sonra buna nail olan Qriqorçuk 3 həmyerlisinin uğurunu təkrarlayıb. Onadək Anatoli Konkov, İqor Nakoneçni və Valentin Xodukin də Azərbaycan kubokunun finalının həyəcanını yaşayıb.
Lakin onlardan heç biri qələbə sevinci yaşamayıb. Ukraynalıların 4 əvvəlki finalı məğlubiyyətlə nəticələnib.
Bu isə o deməkdi ki, Qriqorçuk Naxçıvanda “Qarabağ”la keçiriləcək finalda tarixə düşə bilər. Azərbaycanda kubok qazanan ilk ukraynalı olmaq üçün ona yetirmələrinin mayın 5-də qalib gəlməsi lazımdı.
Kubokun bir addımlığında olan bu ölkənin ilk təmsilçisi Konkovdu. 2004/05 mövsümündə onun rəhbərlik etdiyi “İnter” finalda “Bakı”ya əlavə vaxtda 1:2 hesabı ilə uduzub.
2006/07 mövsümündən başlayaraq ardıcıl 3 dəfə finalçılardan biri ukraynalı olub. “MKT-Araz”a rəhbərlik edən Nakoneçnı “Xəzər Lənkəran”a 0:1 hesablı yenilgiyə üzülüb. Növbəti il cənublular “İnter”lə görüşüb. Bu dəfə Valentin Xodukinin finala çıxardığı bakılılar 2 cavabsız qola məyus olub.
Növbəti il yenidən həlledici matçda üzülən Xodukin olub. Bu dəfə “İnter” “Qarabağ”a 0:1 hesabı ilə məğlub olub. Maraqlıdı ki, həmin final Qurban Qurbanovun məşqçilik karyerasında ilk belə matç olub.
8 ildən sonra yenidən finalda Qurbanovla ukraynalı mütəxəssisin dueli yaşanacaq. Bu dəfə “Qarabağ”ın rəqibi Qriqorçuklu “Qəbələ” olacaq.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir