Bizi izləyin

Ölkə futbolu

Layiqli qalibə layiqli rəqib

Mövsümün layiqli finalı idi. Həm də təkcə ölk…

blank
Mövsümün layiqli finalı idi. Həm də təkcə ölkə kubokunun yox, ümumilikdə bir futbol ilinin…
 
Bəri başdan hər iki yarışda ən güclünün qalib gəldiyini etiraf edək. Zaman-zaman büdrəmələr, çıxışında müəyyən enişlər olsa da, hətta zəifləmiş heyəti də "Qarabağ"ın hegemonluğunun davam etməsinə əngəl olmadı. Qurban Qurbanov əsl strateq kimi hədəfə gedən yolu düzgün hesabladı, əldə olan materialdan maksimum istifadə etdi.
 
Hər iki cəbhədə ağdamlıların bir rəqibi var idi. Amma "Qarabağ"ın ən böyük üstünlüyü rəqib kimi bütün komandaları görməsi idi. Elə bu səbəbdəndi ki, digər komandalarla görüşlərdə daha az xal itkisi komandanı qızıl medallara uzatdı. Ölkə kubokunda da səbrlə mübarizə aparan, heç bir rəqibə barmaqarası yanaşmayan çempion həlledici matçda "Qəbələ"yə minimal şans vermədi.
 
Naxçıvan finalında amansız mübarizə gözlənilirdi. Mövsümü titulla bitirmək istəyən "Qəbələ" ölkə kubokunu muzeyinə aparmaq niyyətində idi. Lakin oyunun startındakı əngəllər matçın axarına təsir etdi, daha sonra isə ardıcıl səhvlər "Qarabağ"ın basqısı önündə bir az da artdı və yekun nəticə müəyyənləşdi.
 
Əslində, "Qəbələ" matçı ilk yarının ortalarında uduzdu. Tellur Mütəllimovun əla reyddən sonra talesiz zədə alması Roman Qriqorçukun bütün planlarını pozdu. Limit üzündən eyni zamanda edilən iki dəyişiklik oyuna daha yaxşı başlayan "qırmızı-qaralar"ın taktiki planlarını məhv etdi. Bundan sonra sağ cinahın fəallığı azaldı, Teo Uiksin əldə saxladığı mərkəzdə üstünlük qonaqlara keçdi.
 
"Qəbələ"ni tam ruhdan salmaq üçün bircə qol lazım idi. Və onu fasilə bitən kimi Mahir Mədətov vurdu. Çempionla oyunda hesabda geri düşmək, üstəlik, heyət çatışmazlığı faktiki, titulun əldən getməsi üçün kifayət etməliydi. Bununla belə, xaotik oyun sərgiləyən "qırmızı-qaralar"ın silkələnmək imkanı olacaqdı. Son dəqiqələrdə aktiv oynamaqla, təzyiqi artırmaqla ən azı matçı əlavə vaxta daşıyacaq qolu vurmaq gözlənilən idi. Amma bir fərdi səhv hər şeyin üstündən xətt çəkdi.
 
Ürfan Abbasov bəlkə də bütün mövsümü eyni gərginlikdə keçirdi. Ustalığının aşağı olması öz yerində, bu müdafiəçinin psixoloji durumda da yerində deyil. Sanki hər an səhv etməkdən qorxur və elə bu səhv növbəti səhvləri gətirir. Kubokun finalında da belə oldu – adi vəziyyətdə tərs vuruş, avtoqol və hər şeyin sonu.
 
Rəqiblər finalda oynamağa layiq idi. Qeyd etdiyimiz kimi, qələbəni də daha çox layiq olan qazandı. Ağdamlılar sanki 4 ildi bütün titulları toplayan komanda deyildi, yenə qazanmaq üçün alışıb-yanışırdılar. "Qəbələ" daha istəkli olmalı, titul üçün döyüşməli idi. Bu istək, motivasiya ağdamlılarda daha çox oldu və ustalıq səviyyəsi də sözünü deyincə matçın qalibi müəyyənləşdi.
 
İndi qarşıda uzun fasilə dönəmi, ardınca avrokuboka hazırlıq dövrü var. Səhvlərdən nəticə çıxarmaq üçün hamının şansı olacaq. "Qarabağ" uğurlardan rahatlaşmamalı, avrokubokda ciddi uğurlar üçün heyəti gücləndirməlidi. Düzdü, bəzi oyunçular rəqabətin zəif olduğu Azərbaycan çempionatı üçün ağır gələcək, hətta limit üzündən ehtiyatda qalıb formadan da düşəcəklər. Bununla belə, hədəf Çempionlar Liqasının qrupudusa, risk etməyə dəyər.
 
"Qəbələ" hər iki cəbhədə ikinci olmasının günahını məhz özündə axtarmalıdı. Həlledici məqamlardakı büdrəmələr, sabitliyin olmaması komandanı bu tale ilə barışdırdı. Xüsusilə səviyyəli yerli oyunçu ehtiyatının yetərsizliyi bunda rol oynadı.
 
İndi rəhbərlik büdcənin azaldılması ehtimallarına işarə vurur. Təbii ki, belə olan halda komanda daha da zəifləyəcək. Çünki "Qarabağ"ın sabitliyi qoruduğu bir zamanda maliyyənin azaldılması ağdamlıların titul yolunu bir qədər də hamarlaşdıracaq. Halbuki əla ənənə yaradılmışkən, gözəl bünövrə qoyulmuşkən eyni həvəslə yola davam etmək daha məntiqlidi.
 
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm