Ölkə futbolu
"Neftçi" "Qəbələ"nin lazımsızına güvənəcək
Bir neçə oyunçu ilə yollarını ayıran "Neft&cce…
Bir neçə oyunçu ilə yollarını ayıran "Neftçi" heyəti gücləndirməyin planlarını cızır. İlk olaraq yerli futbolçu ehtiyatının qayğısına qalacaq komanda artıq bir futbolçu ilə razılaşıb.
Səlahət Ağayevi "İnter"dən alan bakılılar qapını milli üzvünə etibar edəcək. Lakin Səlahət yalnız paytaxt klubu avrokuboklardakı çıxışını yekunlaşdırdıqdan sonra flaqmanın düşərgəsinə yollanacaq. "İnter"in Avropa Liqasında səyahətinin hara kimi uzanacağın zaman göstərəcək.
"İnter"in bir sıra digər üzvlərində də gözü olan "Neftçi" arzusundan vaz keçməli olub. Tərlan Quliyev və Nizami Hacıyev "bankirlər"in düşərgəsində qalacaq. Belədə Elxan Abdullayev başqa yerdə oyunçu axtarmağa məcburdu.
"Neftçi"nin baş məşqçisinin israrla istədiyi futbolçulardan biri Rəşad Eyyubovdu. "Qəbələ"dən ayrılacağı şübhə doğurmayan hücumçu bakılılarla danışığa başlayıb. Amma "qırmızı-qaralar"da heyətə düşməyən birinin paytaxt klubunu nə dərəcədə gücləndirəcəyi böyük şübhə doğurur. Bəlkə də rusdilli olması Abdullayevin onu seçməsində həlledici rol oynayıb. Axı, Elxan bəyin aid olduğu "dəstə"də bu xüsusiyyətlərə böyük önəm verirlər.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”