Dünya futbolu
Advokat rəsmən Hollandiya millisində
Dik Advokatın Hollandiya millisinin baş məşqçi vəzifəsin?…
Dik Advokatın Hollandiya millisinin baş məşqçi vəzifəsinə keçidi rəsmiləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə Hollandiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, 69 yaşlı mütəxəssislə müqavilə imzalanıb. Lakin müqavilənin müddəti açıqlanmır. Advokatın köməkçisi vəzifəsinə Ruud Qullit təyin edilib.
Qeyd edək ki, Avdokat hazırda Türkiyənin "Fənərbaxça" klubunu çalışdırır. Onun İstanbul klubu ilə müqaviləsinin müddəti mövsümün sonunda başa çatacaq. Hollandiyalı mütəxəssis məhz bundan sonra ölkəsinin millisində işinə başlayacaq.
Onu da xatırladaq ki, Advokat 1984-1987-ci, 1990-1992 və 2016-cı illərdə Hollandiya millisində baş məşqçi köməkçisi kimi, 1992-1994 və 2002-2004-cü illər aralığında isə baş məşqçi kimi çalışıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”