Dünya futbolu
"Monako" baş məşqçisini buraxmadı: yeni müqavilə imzalandı
Fransanın "Monako" klubunun baş məşqçi Leonardo J…
Fransanın "Monako" klubunun baş məşqçi Leonardo Jardimin komandadan gedəcəyi ilə bağlı bütün söhbətlərə son qoyulub. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi portuqaliyalı çalışdırıcı ilə yeni müqavilə imzalayıb.
Yeni sözləşməyə əsasən 42 yaşlı mütəxəssis 2020-ci ilədək knyazlıq təmsilçisinin sükanı arxasında olacaq. O, ilinə 4,5 milyon avro qazanacaq.
Qeyd edək ki, Yardim 2014-cü ildən "Monako"nu çalışdırır. Komanda onun rəhbərliyi altında bu mövsüm Fransa çempionu olub, Çempionlar Liqasında isə yarımfinaladək irəliləməyi bacarıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”