Ölkə futbolu
“Qarabağ”a görə “Legiya” ilə vidalaşdı – VİDEO
“Qarabağ”la anlaşan polşalı futbolçu Yakub Jejn…
“Qarabağ”la anlaşan polşalı futbolçu Yakub Jejniçak uzun illər şərəfini qoruduğu Polşanın “Legiya” klubu ilə vidalaşıb. Futbolinfo.az xəbər verir ki, Varşava klubu rəsmi “youtube” kanalında 30 yaşlı futbolçuyla bağlı video hazırlayıb.
Qısa videoda müdafiəçinin komanda yoldaşlarıyla vidalaşması və klubla bağlı ürək sözləri yer alıb. Yakub uzun illər şərəfini qoruduğu klubla vidalaşarkən göz yaşlarını çətinliklə saxlayıb.
Mərkəz müdafiəçisi 2004-cü ildən “Legiya”nın şərəfini qoruyurdu. O, bu müddət ərzində yalnız 2006/07 mövsümündə icarə əsasında “Vidzev”də çıxış edib. Yeni mövsümdən isə bu futbolçunu Ağdam təmsilçisinin formasında izləyəcəyik.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”