Ölkə futbolu
"Kopenhagen"i yaxından tanıyaq!
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mə…
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Danimarkanın “Kopenhagen” klubuyla qarşılaşacaq. Futbolinfo.az sizi Ağdam klubunun rəsmi saytının bu rəqib barədə hazırladığı təqdimatla tanış edir:
Danimarkanın ən titullu klubu olan “Kopenhagen” 1992-ci ildə yaradılıb. 12 dəfə Danimarka Super Liqasının qızıl medallarını qazanan rəqib 8 dəfə ölkə kuboku və 3 dəfə də Danimarka Super kubokunun qalibi olub. Bu komanda avrokubokların qrup mərhələsində (4 dəfə Çempionlar Liqası, 6 dəfə Avropa Liqası) ən çox iştirak edən Danimarka təmsilçisidi. 2010/11 mövsümündə “Kopenhagen” Çempionlar Liqasının qrup mərhələsində üçüncü pilləni tutaraq Avroliqanın 1/16 finalına vəsiqə qazanaraq klub tarixində ən böyük uğuruna imza atıb. UEFA-nın klub reytinqində bu komanda Skandinaviya ölkələri içərisində ən yüksək xala malikdi.
“Kopenhagen” ev oyunlarını 38 min 65 nəfərlik “Telia Parken” stadionunda keçirir. Komandanın hazırkı heyətində 12 legioner çıxış edir (4 isveçli, 2 serbiyalı, 1 norveçli, 1 kiprli, 1 sloveniyalı, 1 slovakiyalı, 1 paraqvaylı və 1 çexiyalı). Komandaya norveçli Stale Solbakken başçılıq edir. Klubun prezidenti isə Bo Riqarddı.
Bu il Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizəyə başlayan “Kopenhagen” Slovakiyanın "Jilina"(3:1, 1:2), daha sonra isə Makedoniyanın “Vardar” (0:1, 4:1) klubunu mübarizədən kənarlaşdıraraq pley-off-a vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ”ın “Kopenhagen”lə ilk oyunu 15-16 avqustda Bakıda, cavab qarşılaşması isə 22-23 avqustda səfərdə keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”