Dünya futbolu
Dadaşov: “Bundesliqada daha çox oyun keçirəcəyimə ümid edirəm”
Almaniya təmsilçisi “Ayntraxt”ın əsas komandası…
Almaniya təmsilçisi “Ayntraxt”ın əsas komandasının heyətində ilk qolunu vuran Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov bununla bağlı açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, “Ayntraxt”ın “FSV Frankfurt”u 5:2 hesabı ilə məğlub etdiyi yoxlama matçının ikinci hissəsində meydana çıxan və 47-ci dəqiqədə fərqlənən 18 yaşlı hücumçu klubun rəsmi saytına açıqlamasında yeni mövsümdə daha çox oyun keçirəcəyinə ümid etdiyini söyləyib:
“Mənim üçün çox xoş oldu. Qol vurmaq üçün iki şansım vardı Bizim üçün bütün oyunlar böyük əhəmiyyət kəsb edir. Artıq yeni mövsümə köklənmək vaxtı yetişib. Azarkeşlərə verdikəri dəstəyə görə təşəkkür edirəm. Yeni mövsümdə daha çox oyun keçirəcəyimə ümid edirəm. Əsas məqsədim inkişaf etməkdi”.
Qeyd edək ki, “Aytraxt”ın yetirməsi olan Dadaşov yay fasiləsində əsas komandaya cəlb olunub. Onunla 3 illik müqavilə imzalanıb. Frankfurt təmsilçisi Bundesliqanın ilk turunda “Frayburq”un qonağı olacaq. Matç avqustun 19-da keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”