Ölkə futbolu
"Qəbələ" – "Qalatasaray" matçının vaxtı açıqlandı
"Qəbələ" və Türkiyənin "Qalatasaray" klu…
"Qəbələ" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.
Futbolinfo.az Türkiyənin "Sabah" qəzetinə istinadla xəbər verir ki, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.
"Qalatasaray"ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə "Vest Hem"indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli "Qəbələ" ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının 4-cü turunda "Antalyaspor"a qarşı səfər matçında forma geyinəcək.
Qeyd edək ki, "Qəbələ" – "Qalatasaray" matçının Bakıda təşkili planlaşdırılır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”