Ölkə futbolu
Türkiyə klubundan "Qarabağ"a təbrik
Türkiyənin "Başakşəhər" klubu UEFA Çempionl…
Türkiyənin "Başakşəhər" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan Azərbaycan çempionu "Qarabağ"ı təbrik edib.
Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun sosial şəbəkələrdəki səhifələrində Ağdam təmsilçisinə təbrik statusları paylaşılıb:
"Bu mövsüm Çempionlar Liqasında iki türk komandası yer alacaq. Təbriklər, "Qarabağ"!"
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə Danimarka "Kopenhagen"inə 1:2 hesabı ilə məğlub olsa da, Bakıda ilk oyunda qazanılmış minimal qələbə sayəsində Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Türkiyəni isə bu nüfuzlu turnirdə son çempion "Beşiktaş" təmsil edəcək. "Başakşəhər" isə İspaniyanın "Sevilya" klubunu keçə bilmədiyindən mübarizəni Avropa Liqasında davam etdirəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”