Dünya futbolu
Türkiyə yığmasında biri getdi, ikisi gəldi
Futbol üzrə Türkiyə yığmasının DÇ-2018-in se&cc…
Futbol üzrə Türkiyə yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunlar üçün açıqlanmış heyətində dəyişiklik edilib.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Mirça Luçesku "Bursaspor"un zədəli qapıçısı Harun Təkini heyətdən kənarlaşdırıb. Əvəzində "Konyaspor"lu qolkiper Serkan Kırıntılı milli komandaya cəlb olunub. Gənc futbolçu indiyə qədər əsas millidə debüt etməyib.
Luçesku ilkin siyahıda yer ayırmadığı "Beşiktaş"lı Oğuzhan Özyakupa da dəvət göndərib. Artıq hər iki futbolçu millinin hazırlıq prosesinə qoşulub.
Türkiyə yığmasını qarşıda I qrupu çərçivəsində Ukrayna və Xorvatiya ilə oyunlar gözləyir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”