Dünya futbolu
"Bolonya"nın futbolçusu "Qarabağ"ın təklifini qəbul etmədi
İtaliyanın "Bolonya" klubunun futbolçusu Antoni Mun…
İtaliyanın "Bolonya" klubunun futbolçusu Antoni Munyo yay transfer pəncərəsininin bağlanmasına bir neçə gün qalmış Azərbaycan çempionu "Qarabağ"dan aldığı təklifdən imtina edib.
Futbolinfo.az xəbər verir ki, belə bir iddianı "Tuttomercatoweb" yayıb. 30 yaşlı cinah oyunçusu Çempionlar Liqasında mübarizə aparacaq komandada oynamağa razılaşmayıb. İmtinanın səbəbi açıqlanmır.
Fransalı vinger ötən mövsümün ikinci yarısını icarə əsasında "Atalanta"da keçirib. O, cəmi 5 matçda iştirak edib. "Bolonya" rəhbərliyi taktiki və biznes plana uyğun gəlməyən Munyo üçün yeni klub axtarışındadı.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”