Dünya futbolu
Avroliqada ilk turun ən yaxşı oyunçusu bəlli oldu
Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbol&…
Avropa Liqasında qrup mərhələsinin ilk turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən, "Styaua"nın (Rumıniya) yarımmüdafiəçisi Konstantin Budesku ən yaxşı oyunçu seçilib. O, 46 faiz səs toplayıb. Aleksandr Kokorin ("Zenit") 23 faiz səslə ikinci, Andre Silva ("Milan") 19 faiz səslə üçüncü olub.
Sonrakı yerləri Saman Qoddos ("Ostersun", 7 faiz), Aleksis Sançes ("Arsenal", 3 faiz), Alexandro Qomes ("Atalanta", 1 faiz) və Dieqo Lyorente ("Real Sosyedad", 1 faiz) tutub. Memfis Depay ("Olimpik", Lion) isə səslərin heç 1 faizini də qazana bilməyib.
Qeyd edək ki, ilk turun ən yaxşısı seçilən Budesku Çexiyanın “Viktoriya” klubuna 3:0 hesabı ilə qalib gəldikləri oyunda dubla imza atıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”