Dünya futbolu
Futbolçularımız oynadı, “Qarabağ” 5 qolla qalib gəldi
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 12-ci turun …
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Şvexat”la qarşılaşıb. Futbolçularımızın komandası 7 qolluq bu oyundan möhtəşəm qələbə ilə ayrılıb – 5:2.
Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə 69-cu dəqiqədə, komandası 4:0 öndə olarkən meydana buraxılıb.
"Qarabağ" 12 turdan sonra 23 xalla 17 komanda arasında 4-cü pillədə qərarlaşıb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”