Dünya futbolu
Daha iki ölkə DÇ-2018-ə vəsiqəni təmin etdi
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatı…
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bunlar Mərakeş və Tunis yığmalarıdı. Bu iki ölkənin yığma komandası Afrika zonası üzrə seçmə mərhələnin sevinənləri sırasına qoşulub. Tunis A qrupu çərçivəsində bu gün doğma meydanda Liviya ilə qarşılaşıb. Qolsuz heç-heçə meydan sahiblərini mundiala daşıyıb. Bu komanda 6 oyuna 14 xal toplamaqla qrupdakı digər rəqibləri Konqo (13 xal), Liviya (4) və Qvineyanı (3) qabaqlamaqla mundiala vəsiqəni təmin edib.
Mərakeş isə C qrupunda son tur çərçivəsində səfərdə Fil Dişi Sahili üzərində inamlı qələbə qazanıb – 2:0. Nəticədə bu komanda qrup mərhələsini 12 xalla birinci pillədə başa vurub. Mərakeşlilər bu qrupda Fil Dişi Sahili (8 xal), Qabon (6) və Mali (4) ilə mübarizə aparırdı.
Bununla da DÇ-2018-ə vəsiqə qazanan ölkələrin sayı 26-ya çatıb. Daha öncə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa, Misir, Serbiya, İslandiya, Fransa, Portuqaliya, Uruqvay, Argentina, Kolumbiya, Panama və Seneqal yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.
Növbəti mundialda bütövlükdə 32 komanda mübarizə aparacaq. Qalan 6 iştirakçının da adına tezliklə aydınlıq gələcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”