Dünya futbolu
DÇ-nin püşkatma mərasiminin aparıcıları məlum oldu
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatı…
2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının püşkatma mərasimi dekabrın 1-də Moskva şəhərində baş tutacaq.
Futbolinfo.az xəbər verir ki, artıq bu mərasimin aparıcıları da müəyyənləşib. FİFA püşkatma mərasimində aparıcıların dünya futbolunun ən böyük ulduzlarından biri olan Qari Lineker və rusiyalı idman yazarı Mariya Komandnaya olacağını açıqlayıb.
Maraqlıdı ki, hazırda İngiltərədə bir neçə televiziya kanalında aparıcılıq edən və “Tvitter”də 6,7 milyondan çox izləyicisi olan Lineker, tez-tez FİFA-nı tənqid etməsi ilə seçilir. Lakin dünya futbol qurumu belə bir mötəbər turnirdə ona güvənib.
Linekerlə partnyor olacaq Komandnaya isə 10 ildən çoxdu “Fox Sports”da çalışır və Rusiyanın ən çox tanınan idman jurnalistlərindən biri hesab olunur.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir