Dünya futbolu
“Roma” “Qarabağ”la oyun öncəsi qələbəyə sevindi – VİDEO
Futbol üzrə İtaliya A Seriyasında 15-cü tura start verili…
Futbol üzrə İtaliya A Seriyasında 15-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Roma” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda SPAL-la qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan qələbə ilə ayrılıb – 3:1.
“Canavarlar” 19-cu dəqiqədə Edin Dzekonun qolu ilə hesabı açıblar. 32-ci dəqiqədə Kevin Strotman hesab arasındakı fərqi artırıb. 53-də isə Lorenso Pelleqrini romalıların üstünlüyünü bir qədər də artırıb. Qonaqlar yalnız 56-cı dəqiqədə təsəlli qolunu vura biliblər.
Ehtiyatda bir oyunu olan paytaxt təmsilçisi hazırda 34 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
“Qarabağ” ÇL-in qrup mərhələsindəki son matçını dekabrın 5-də səfərdə məhz “Roma”ya qarşı keçirəcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”