Dünya futbolu
Türkiyə Kubokunda 16 ən güclü klub bəlli oldu
Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsin…
Futbol üzrə Türkiyə Kubokunda 5-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 6 qarşılaşma baş tutub. “Qalatasaray”ın səfərdə aşağı liqalarda çıxış edən “Sivas Bələdiyyəspor”a məğlubiyyəti diqqətçəkən olub. Amma bu məğlubiyyətə baxmayaraq, ilk oyunda qələbə qazanmış Super Liqa təmsilçisi növbəti mərhələyə yüksəlib.
Son Türkiyə çempionu “Beşiktaş” da ilk oyunda 9 cavabsız qol vurduğu “Manisaspor”la səfərdə heç-heçəyə razılaşıb.
“Trabzonspor” “Ərzurum BB” ilə oyunda növbəti dəfə darmadağına sevinib. “Bursaspor”, “Antalyaspor” və “Boluspor” da növbəti mərhələyə vəsiqə qazanıb.
İkinci oyun günündə daha altı görüş keçirilib. "Fənərbaxça" doğma meydanda 6 cavabsız qol vurduğu "Adana Dəmirspor"u səfərdə də böyük hesabla məğlub edib. Bu komanda ilə yanaşı, "Gənclərbirliyi", "Akhisar", "Bucaspor", "Osmanlıspor" və "Girəsunspor" da növbəti mərhələyə yüksəlib.
Son gündə dörd görüş baş tutub. Növbəti mərhələyə son vəsiqələri isə "Kayserispor", "İstanbulspor", "Konyaspor" və "Başakşəhər" qazanıb.
Türkiyə Kuboku
5-ci təsnifat mərhələsi (cavab oyunları)
12 dekabr
Antalyaspor – Orhanqazispor 2:3 (ilk oyun 3:0)
Bursaspor – Adanaspor 2:0 (2:0)
Boluspor – Kasımpaşa 4:1 (3:1)
Trabzonspor – Ərzurum BB 5:1 (4:0)
Sivas Bələdiyyəspor – Qalatasaray 2:1 (1:5)
Manisaspor – Beşiktaş 1:1 (0:9)
13 dekabr
Gənclərbirliyi – Karsspor 2:1 (2:1)
Akhisar – Ankara Dəmirspor 1:1 (3:0)
Bucaspor – Sivasspor 1:0 (1:2)
Yeni Malatyaspor – Osmanlıspor 1:1 (1:3)
Alanyaspor – Girəsunspor 2:2 (2:4)
Adana Dəmirspor – Fənərbaxça 1:4 (0:6)
14 dekabr
Eyupspor – Kayserispor 0:2 (2:3)
İstanbulspor – Karabükspor 1:0 (1:2)
Konyaspor – Batman Petrolspor 2:0 (3:0)
Başakşəhər – Kahramanmaraşspor 1:0 (3:1)
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”