Ölkə futbolu
"Neftçi"nin oyunçusu huşunu itirdi – hələ də reanimasiyadadı
Bu gün Olimpik Star İdman Kompleksində futzal üzrə Yü…
Bu gün Olimpik Star İdman Kompleksində futzal üzrə Yüksək Liqanın 14-cü turu çərçivəsində "Neftçi"nin "Marafon"a qarşı oyununun sonlarına yaxın dəhşətli hadisə yaşanıb.
Futbolinfo.az "Sportfm"-ə istinadən xəbər verir ki, matçın bitiminə 1 dəqiqə qalmış, "Neftçi"nin iranlı legioneri Sadiq Cavid qəfildən yerə yıxılıb. Bunu görən hakim Elçin Məmmədov, dərhal görüşü saxlayıb. Özündən gedən gənc futzalçını ayıltmaq üçün meydanda mübarizə aparan hər iki komandanın həkimləri və Futzal Federasiyasının tibbi personalı səfərbər olsa da, bu, mümkün olmayıb. Tezliklə qarşılaşmanın keçirildiyi Olimpik Star İdman Kompleksinə təcili tibbi yardım dəvət olunub. Oyunçunu yerində müayinə edən həkimlər, onun xəstəxanaya aparılmalı olduğunu bildirib. 1 saylı Bakı şəhər xəstəxanasına (Semaşko) aparılan Sadiqi hələ də ayıltmaq mümkün olmayıb.
Həkimlərin verdiyi məlumata görə, hücumçunu özünə gətirə bilmirlər. Sən demə, ötən tur “Araz”la görüşdə zədə alan futzalçının əvvəllər də belə halla üzləşib. Arxada qalan mövsümdə “Yasamal”ın heyətində çıxış edən Sadiqin, iki-üç dəfə meydanda özündən getdiyi məlum olub. Bu haqda Sportfm.az saytına “Yasamal” komandasının direktoru Orxan Allahverdiyev danışıb. Kritik vəziyyətdə olan oyunçunu xəstəxananın qarşısında gözləyən komanda yoldaşları da yalnız buraxmır.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi